close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.

İranwire İranla bağlı gerçək və ən güncəl xəbərləri təqdim edir.

İran vətəndaşları və jurnalistlərinin səslərini çatdıracağı yer

İranda dəyişiklikləri gücləndirmək

İranla bağlı xəbərlərin doğruluğunun yoxlanması

Məlumatın işlək olması

İranwire, xaricdəki İranlı peşəkar jurnalistlər və ölkə daxilində vətəndaş jurnalistlərin qurduğu qatılımcı bir xəbər saytıdır. İranwire, təhlükəsiz, sərbəst, sansürsüz, təhdiddən kənar və zorlayıcı bir mühitdən uzaq olaraq jurnalistlərə və fəallara yerli və milli problemləri müzakirə etməyə və paylaşmağa imkan verir. Analizlərimizi fars, ingilis, ərəb, kürd, azəri və ispan dilləri də daxil olmaqla bir neçə dildə dərc edirik və bütün dünyada müxatiblərimizlə paylaşırıq.

İranwire, 2013 -cü ildə İran İslam Respublikasında ifadə azadlığının kobud şəkildə pozulmasına reaksiya olaraq yaradılıb. İranlıları və İranla maraqlananları yeganə və açıqlayıcı mövzuları əhatə edirik. Son 40 ildə ölkədə müstəqil medianın zəifləməsi sonucunda yaranan məsuliyətsizlik boşluğunu da aradan qaldırmaq niyyətindəyik.

Siyasi repressiyalar, etibarsızlıq və həyatımızın təhlükəsizliyi qorxusu daimi yazıçılarımızın çoxunu vətənlərini tərk etməyə məcbur etdi. Bəziləri hələ də ölkə daxilində yaşayırlar, İranwire və başqa müstəqil media orqanlarına, İran müasir tarixinin ən çətin dövrlərindən birini keçərkən, cəsarətli və aydınlıq verən jurnalistikanın ənənələrini yaşamasına yardım edirlər. Tənqidi işlərində yardım etmək üçün dünyanın hər yerindən olan İran vətəndaş-jurnalistlərlə peşəkar müəllim və məsləhətçilər arasında əlaqə yaratdıq.

İranwire, İranda insan haqları pozuntularının işıqlandırılmasına özəl diqqət yetirir, ölkə rəsmilərinin açıqlamalarının gərçəkliyini ölçür və hökumətin insanları qorumaq olan ən önəmli vəzifəsini yerinə yetirmə qabiliyyətini təhlil edir. Biz də gözəl ölkəmizdə gündəlik həyatın özəlyyətlərini təsvir etmək və onun zəngin tarixi, mübarizə və müasir dönəmini və qonşularını danışmaq istəyirik. Bizim tendensiyamız nüvə proqramı kimi böyük mətbuatda xəbərlərin dərhal işıqlandırıldığı böyük problemlərdən qaçmaq və bunun əvəzində iranlıların həyatını təsir edən gündəlik kiçik məsələlərə diqqət yetirməkdir. İş yerindəki seksizmdən azlıqlara qarşı zülmə, kirayələrin qalxmasından beyin köçünə qədər, məqalələr, sənədli filmlər, cizgi filmləri və dijital raportlarla vasitəsilə müxatiblərimizə İrandakı durum haqqında geniş bir baxış açısı verməyi ümid edirik. İranwire veb saytının fars olmayan bölmələri, fars saytındakı məzmunun yalnız bir hissəsini dərc edir. Buna görə də, İran məsələlərini daha yaxşı bilmək və daha dərindən anlamaq istəyənlərə tövsiyəmiz budur: Fars dilini öyrənin!

İranwire tərəfindən idarə olunan başqa layihələrə də marağımızı bölüşürük; Fərqli mövzulara yönəlmiş olsa da, bunlar eyni açıq, fundamental hüquqı yanaşmayı izləyən layihələrdır. Bu layihələrə bunlar daxildir: İfadə azadlığına həsr olunmuş Jurnalistika Cinayət  Deyil saytı; Ayətullah Əli Xamneinin 1989 -cu ildən bəri performansını araşdıran Xameneini internet saytı (Khamenei.com); Birinci dərəcəli İranlı fotoqraf "Abbas" ın əsərlərindən bəhs edən "Abbas və İnqilab"ın internet saytı; və bu yaxınlarda İrandakı dini azlıqların vəziyyəti ilə bağlı illərdir nəşr etdiyimiz xəbərlər toplusu olan "Dini Azlıqların Atlası" layihəsinə başlamışıq.

Hər hansı bir təcrübə və keçmiş sahib olsaz, təkliflərinizi alqışlayırıq. Bir nöqtəni və ya məzmunu bizimlə bölüşmək istəyirsinizsə, burada təqdim etdiyimiz təlimatları oxuyun və bizimlə əlaqə saxlayın.

İranwire, 2013-cü ildə Maziar Bahari tərəfindən quruldu və ‌Birləşmiş Kralıqda yerləşən Off-Center Productions şirkətinə məxsusdur.

Bizimlə əlaqə saxlayın

*Bu bölmə zorunludur
*Bu bölmə zorunludur
*Bu bölmə zorunludur

Iranwire üçün yazmaq istəyirsinizmi?

Yazılarınızı paylaşın

Daha artıq məlumat