Ötən həftə Tehranda və digər şəhərlərdə ümumi fond bazarı indeksinin enişinin davam etməsi ilə kapital axını prosesi güclənib.
Tejaratnews iqtisadi saytının araşdırmaları göstərir ki, mayın son həftəsində kapital bazarından ümumilikdə 1,619 milyard tümən real pul çıxıb. Bu yolla hər gün orta hesabla Tehran birjasından 324 milyard tümən çıxarılıb. Bu, öncəki həftə ilə müqayisədə kapital axınının artımı yüzdə 74 deməkdir.
Keçən həftə dalğalanma diapazonunun məhdudlaşdırılmasına baxmayaraq, birja böyük itkilərlə işə başladı və elə ilk gündə ümumi indeks 2 milyon vahid psixoloji hədddən aşağı düşmək ərəfəsində idi.
Nəhayət, ümumi indeks 1,31 mənfi gəlir əldə etdi və 1,23 eniş yaşadı.
İbrahim Rəisinin ölümündən sonra kapital bazarına yüzdə 2-lik dalğalanma diapazonu tətbiq edilib. Dəyişmə diapazonunun tətbiqinin məqsədi emosiyaları idarə etmək və kapital dəyərini saxlamaq və ümumi indeksin düşməsinin qarşısını almaq üçün açıqlanıb.
Lakin dalğalanma diapazonunun tətbiqinə baxmayaraq, kapital axını yüzdə 74 artaraq o həddə çatıb ki, bir çox ekspertlər hökumətin qərarlarının birjaya təsirini müharibədən daha dağıdıcı hesab edirlər.
Bununla bağlı kapital bazarı üzrə ekspert Fərdin Ağabozorgi deyir: Hökumətin iqtisadi qrupunun siyasətinin nəticələri birjanın fəaliyyətində açıq şəkildə özünü göstərir. Hətta siyasətçinin qərarlarının nəticələri müharibədən daha çox dağıdıcı təsirlərə malikdir. Pulun istiqraz almağa yönəldilməsi fond bazarının düşməsindən başqa heç nə ilə nəticələnmədi. Bundan əlavə, dalğalanma diapazonunun həddinin puldan çıxarıldığını göstərən açıq bir mesaja malikdir. Belə bir vəziyyətdə səhmdar düşünür ki, əgər yüzdə 2-lik enişlə üzləşsə, bu, yüksək düşülərdən daha yaxşıdır və sərmayəsini tezliklə daha çox düşüşə girmədən çəkir.
Şərhlər