close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Hesabat

8 aydır həbsdə olan Əkbər Nəiminin məzuniyyətə buraxılmasına icazə verilmir

Fevral 24, 2022
2 dəqiqədə oxunur
10 Mart 2022
10 Mart 2022

Evin həbsxanasının 4-cü palatasında doqquz il səkkiz aylıq həbs cəzasını çəkən azərbaycanlı hüquq müdafiəçisi Əkbər Nəimi səkkiz aya yaxın həbsdə olmasına və İran həbsxanalarında koronavirusa yoluxma şəraitinə baxmayaraq məzuniyyətə buraxılmır.

Əkbər Nəimi, 21 İyul 2021-də, Təbrizdə tutulduqdan sonra Evin Həbsxanasına köçürüldü.

Tutulma üsulunu tənqid edən mədəni fəal, hökm elan olunmadan öncə tutulduğunu və məhkəmə hakimiyyəti tərəfindən özünə və ya vəkillərinə heç bir bildiriş göndərilmədiyini söylədi. Apellyasiya Məhkəməsinin hökmünün nəticəsi tutulmasından və həbsindən sonra Əkbər Nəimiyə bildirilib.

Tehran Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsi, İlkin məhkəmənin hökmünü qüvvədə saxlayaraq, Əkbər Nəimini "qanunsuz təşkilata üzv olmaq" ittihamı ilə beş il, "milli təhlükəsizliyə qarşı toplaşmaq və əl bir olmaq" ittihamı ilə dörd il həbs cəzasına məhkum etdi  və" İslam Respublikasına qarşı çıxan qrupların lehinə təbliğat " ittihamı ilə ona 8 ay həbs cəzası verdi.

Bu mədəni fəal ayrıca iki il "ölkədən çıxma qadağası", iki il "siyasi və ictimai təşkilatlara, qruplara və dəstələrə üzv olma qadağası" və "etnik mənsubiyyəti təbliğ edən bölüşdürən müstəmləkə siyasətinə dair 90 səhifəlik bir araşdırma sənədinin hazırlanmasına", məhkum edilib.

Əkbər Nəimi, 22 Ynvar 2020-ci il tarixdə, Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən Tehrandakı iş yeri olan "milli hava yolları şirkətinin təmir bölməsində" tutulmuşdu və Evin Həbsxanasının 209 saylı Təhlükəsizlik Bölməsinə köçürülmüşdü. Azərbaycanlı mədəni fəal təxminən iki aylıq həbsdən sonra 200 milyon Tümən girov müqabilində sərbəst buraxılmışdı.

Əkbər Nəimi Batı Azərbaycan əyalətinin Xoy şəhərində anadan olub və mekanik mühəndisliyi fakültəsini bitirib. 2012-ci ildən bəri milli hava yolları şirkətinin təmir bölməsində çalışır. Lakin 2017-ci ilin Yanvarında tutulduğu gündən bəri işə qayıda bilmədi.

Əkbər Nəimi qeyri-hökumət təşkilatı olan "Evrin" və "Günəbaxan Dərnəyinin" Mərkəzi Şurasının üzvüdür. Azərbaycan ،Türkcəsi dilində təhsili sahəsində fəaliyyət göstərən bu qeyri-hökumət təşkilatlarının hər ikisi də məhkəmə qurumları tərəfindən bağlanmışdır.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

İsrail ordusu İnqilab Keşikçilərinin təhdidindən sonra hazırlıq səviyyəsini artırıb

Fevral 23, 2022
1 dəqiqədə oxunur
İsrail ordusu İnqilab Keşikçilərinin təhdidindən sonra hazırlıq səviyyəsini artırıb