Pakistan müstəntiqlərinin bu yaxınlarda açıqladığı məhkəmə sənədləri göstərir ki, Pakistandakı çirkli pulların yuyulması şəbəkəsi İrana “çoxlu miqdarda” qeyri-qanuni pul köçürüb və pul alanlar arasında Əli Xameneinin Pakistandakı nümayəndəsi də var.
“Arab News” saytında yer alan xəbərə görə, İslam Respublikasının Rəhbərinin Pakistandakı nümayəndəsi ƏbülFəz Bəhaəddini bu şəbəkədən ayda 200 min dollar alırmış.
Arab News tərəfindən baxılan və təhlükəsizlik rəsmiləri tərəfindən təsdiqlənən araşdırma hesabatları və Whatsapp söhbətləri göstərir ki, şəbəkə üzvləri son 7 ildə Pakistan, İran və İraq arasında aktiv fəaliyyət göstərirlər.
FİA-nın (Pakistan Federal Təhqiqat Agentliyi) verdiyi məlumata görə, Xameneinin Pakistandakı nümayəndəsi pulu işdə əsas şübhəli adam Əli Rizadan alıb.
Əliriza təxminən 4 ay öncə Kəraçidə həbs edilən 13 nəfərdən biri idi. Məlumata görə, onun etirafı Xameneinin köməkçisinin Pakistandakı nümayəndəsi Seyid Vesal Haydər Nəqəvinin tutulmasına səbəb olub və ikisi hələ də həbsdədir.
ArabNews İrandakı mənbəyə istinadən xəbər verir ki, Əbülfəz Bəhaəddini ötən il və ya bu ilin əvvəlində Pakistanı tərk edib və hazırda İrandadır.
Şərhlər