close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İl bayramı tətilləri başlayandan bu yana 486 İran vətəndaşı yol qəzalarında həlak olub

Mart 28, 2022
1 dəqiqədə oxunur
İl bayramı tətilləri başlayandan bu yana 486 İran vətəndaşı yol qəzalarında həlak olub

İrna xəbər agentliyi rəsmilərə istinadən xəbər verir ki, il bayramı tətilləri başlayandan (16 mart) bu yana 486 İran vətəndaşı yol qəzalarında həlak olub.

Yol polisinin bildirdiyinə görə, qəzaların əsas səbəbi “diqqətsizlik, sürət həddini aşmaq və nəqliyyat vasitələrini idarə edə bilməmək” olub.

İranda yol qəzalarında ölənlərin sayının çox olmasının başqa amili yolların düzgün olmayan vəziyyəti olaraq bildirilib.

İran Ədli Tibb Təşkilatının açıqladığı statistika göstərir ki, ötən il Bayramda (1400) bu ölkədə yol qəzalarında 1080-ə yaxın insan həyatını itirib; Bu rəqəm bir il öncə 534 idi.

İran polis qüvvələrinin komandiri Hüseyn Əştəri deyib "1401-də səfərlərin yüzdə 45 artmasına baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə yol qəzaları və tələfatların nisbəti yüzdə 20 azalıb."

Bu açıqlamalar son illərdə ölkədə aşağı yerli istehsal standartları ilə bağlı tənqidlərin davam etdiyi bir vaxtda səslənir.

Keçən ilin fevralında İranın Rəhbəri birbaşa bəyanatlarla iranlı avtomobil istehsalçılarına müraciət edib və yerli istehsal olan avtomobillərin keyfiyyətini tənqid edib.

JCPOA-dan sonra bir sıra beynəlxalq tanınmış avtomobil istehsalçıları İran bazarında fəaliyyətə başladılar, lakin bu fəaliyyət uzun sürmədi.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com


 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

İnqilab Keşikçilərinin sözçüsü: Ərbilə yenidən hücum edəcəyik

Mart 4, 2022
1 dəqiqədə oxunur
İnqilab Keşikçilərinin sözçüsü: Ərbilə yenidən hücum edəcəyik