close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Rusiya səfiri ilə İnqilab Keşikçiləri komandirləri arasındaki görüşə geniş reaksiyalar var

İyun 9, 2022
1 dəqiqədə oxunur
Rusiya səfiri ilə İnqilab Keşikçiləri komandirləri arasındaki görüşə geniş reaksiyalar var

İranın neft naziri Cavad Oci ilə bir sıra yüksək rütbəli İnqilab Keşikçiləri və Ordu komandirlərinin Rusiyanın Tehrandakı səfiri ilə görüşünün şəkilləri sosial şəbəkə istifadəçilərinin reaksiyasına səbəb olub.

İslam Respublikasının rəsmi xəbər agentliyi olan İrnanın çərşənbə axşamı, iyunun 8-də dərc etdiyi şəkillər Rusiya səfirliyində keçirilən Rusiya Milli Günü mərasimi ilə əlaqədardır.

Bu şəkillərdən birində İslam Respublikası əsgərləri Rusiyanın İrandakı səfiri Levan Caqaryanla əl sıxmaq üçün sıraya düzülüb Rusiyanı Milli Günü münasibətilə təbrik edirlər.

Başqa görüntüdə isə Rusiya səfirinin yanında dayanan İranın neft naziri yazılı bir mesaj oxuyur.

Bir çox sosial media istifadəçəsi İranın neft nazirinin və İran hərbçilərinin Rusiya səfirliyində olmasını tənqid edərək, bunu “alçaldıcı” adlandırıb.

Görüş Moskvada çıxan bir qəzetin cənab Caqaryanın İranda "məcburi hicabın və spirtli içkilərə qadağanın" Rusiya vətəndaşlarının ölkəyə səyahətinə iki əsas maneə olduğunu söyləməsindən sitat gətirməsindən bir neçə həftə sonraya təsadüf edir.

Keçmişdə Rusiyanın İrandakı səfirinin bəzi hərəkətləri, o cümlədən 2021-ci ilin avqustunda Rusiya və Böyük Britaniya səfirlərinin 1943-cü ildə Tehran konfransını xatırlamaq üçün birgə fotosunun dərc edilməsi İranda, o cümlədən İslam Respublikasının indiki və keçmiş rəsmiləri arasında geniş reaksiyalara səbəb oldu.

Şərhlər

Xəbərlər

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sıra kameralarını bağlayıb

İyun 8, 2022
1 dəqiqədə oxunur
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sıra kameralarını bağlayıb