close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Antony Blinken: Tehran JCPOA-dan xaric istəklərini bir kənara qoymalıdır

İyun 10, 2022
1 dəqiqədə oxunur
Antony Blinken: Tehran JCPOA-dan xaric istəklərini bir kənara qoymalıdır

ABŞ Xarici İşlər Naziri cümə axşamı, iyunun 9-da, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının İranı qınayan qətnamə qəbul etməsindən bir gün sonra bir daha bəyan etdi ki, İran MAQATE-nin suallarına cavab olaraq etibarlı texniki məlumat vermək üçün bu təşkilat ilə işləməlidir.

Antony Blinken verdiyi açıqlamada bildirib ki, İranla nüvə anlaşmasının bərpasına dair danışıqlar yalnız Tehranın JCPOA xarici tələblərindən əl çəkəcəyi təqdirdə uğurlu olacaq.

ABŞ Xarici İşlər Naziri İslam Respublikasının İnqilab Keşikçilərinin adının ABŞ-ın terror təşkilatları siyahısından çıxarılması və ABŞ-ın gələcəkdə bu anlaşmadan çıxmayacağına zəmanət verilməsi tələbinə toxunub.

O, ayrıca öz bəyanatında vurğulayıb ki, İranın hərəkətləri JCPOA olaraq tanınan 2015-ci il nüvə anlaşmasının bərpası ehtimalını təhdid edir.

Cənab Blinken xəbərdarlıq edib ki, İslam Respublikasının bu gedişlə gedəcəyi yeganə yol "nüvə böhranını dərinləşdirmək və İranı iqtisadi və siyasi cəhətdən daha da təcrid etmək" olacaq.

ABŞ Xarici İşlər Nazirinin açıqlamaları İranın İdarə Heyətinin qəbul etdiyi qətnaməyə cavab olaraq cümə axşamı günü Tehranda və Nətənzdə və başqa nüvə obyektlərində MAQATE-nin 27 müşahidə kamerasını yığışdırmağa başladığı vaxta təsadüf edir.

MAQATE-nin Rəhbərlər Şurası iyunun 8-də səs çoxluğu ilə İrana qarşı qətnamə qəbul edib və Tehranı qurumla əməkdaşlıq etmədiyinə görə tənqid edib.

İran prezidenti İbrahim Rəisi də Çaharmahal və Bəxtiyari əyalətinə səfəri zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının qəbul etdiyi qətnaməyə reaksiya verib və deyib: “İran ciddi mövqelərindən geri çəkilməyəcək”.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Cəfər İsmayılzadə Təbrizdə həbs edilib

İyun 9, 2022
1 dəqiqədə oxunur
Cəfər İsmayılzadə Təbrizdə həbs edilib