close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Kanada öz vətəndaşlarına İrana səyahət etmələri barədə xəbərdarlıq edib

İyun 10, 2022
1 dəqiqədə oxunur
Kanada öz vətəndaşlarına İrana səyahət etmələri barədə xəbərdarlıq edib

Kanada hökuməti çərşənbə günü, iyunun 9-da Kanada vətəndaşlarından təhlükəsizlik vəziyyəti, terror bölgələri təhlükəsi və özbaşına həbs olunma ehtimalı səbəbindən İrana səfərdən çəkinmələrini istəyib.

Xəbərdarlıq Kanada hökumətinin rəsmi saytında Ontario Ali Məhkəməsinin 752 saylı təyyarənin vurulması ilə bağlı İran Xarici İşlər Nazirliyinin lehinə qərar çıxarmasından bir gün sonra yerləşdirilib.

Kanadanın Ontario ştatının Ali Məhkəməsi ötən ilin mayında Ukrayna təyyarəsinin İnqilab Keşikçiləri tərəfindən vurulmasını “qəsdən” və “terror” aktı kimi qiymətləndirib.

Bu hadisədən sonra İran və Kanada münasibətləri bir çox problemlərlə üzləşib və Ukrayna təyyarəsi qurbanlarının ailələri dəfələrlə Kanada hökumətindən İran hökumətinə qarşı daha qətiyyətli olmasını tələb ediblər.

PS 752 adlı Ukrayna təyyarəsi 8 Yanvar 2020-ci ildə İnqilab Keşikçilərinin ən azı iki raketi ilə vurulmuş, çoxu İranlı və iki vətəndaşlıqlı İran-Kanada vətəndaşı olan 176 nəfərin hamısı həyatını itirmişdi.

26 May 2022-də Kanada Futbol Federasiyası bu ölkənin futbol komandasının İranın milli futbol komandası ilə keçiriləcək yoldaşlıq oyununun ləğv edildiyini açıqlayıb. Oyun Ukrayna Təyyarəsi Qurbanlarının Ailələri Birliyinin başlatdığı geniş kampaniyadan sonra ləğv edilib.

Bu açıqlama, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının İrana qarşı qətnaməsinin qəbulundan sonra İranın Batı ilə nüvə gərginliyinin kəskinləşdiyi bir vaxtda verilib. Dünən ABŞ da Amerika vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Antony Blinken: Tehran JCPOA-dan xaric istəklərini bir kənara qoymalıdır

İyun 10, 2022
1 dəqiqədə oxunur
Antony Blinken: Tehran JCPOA-dan xaric istəklərini bir kənara qoymalıdır