close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Türkiyədə İnqilab Keşikçilərinin bir neçə əməliyyat qüvvəsi həbs edilib

İyun 14, 2022
1 dəqiqədə oxunur
Türkiyədə İnqilab Keşikçilərinin bir neçə əməliyyat qüvvəsi həbs edilib

Reuters-in İsrail kəşfiyyat rəsmisinə istinadən verdiyi məlumata görə, Türkiyə İnqilabı Keşikçiləri ilə ölkədə terror əməliyyatları həyata keçirməkdə şübhəli bilinən bir neçə nəfəri həbs edib.

Eyni zamanda, İsrail öz vətəndaşlarından İstanbula səfər etməkdən çəkinmələri və varsa, dərhal oranı tərk etmələri üçün təcili müraciət edib.

Xəbərdarlıq Türkiyədə İslam Respublikasının agentləri tərəfindən İsrail vətəndaşlarının mümkün oğurlanması və ya öldürülməsi ilə bağlı məlumatdan sonra verilib.

İsrailin xarici işlər naziri Yair Lapid bildirib ki, İsrail kəşfiyyat qüvvələrinin son həftələrdə apardığı geniş səylər bir neçə İsrail vətəndaşının həyatını xilas edib. İsrailin xarici işlər naziri Türkiyəyə əməkdaşlığına görə də təşəkkür edib.

Yair Lapid, İsrail televiziyasında yayımlanan mesajda, İran hökumətini İsrail vətəndaşlarına zərər verməmək barədə sərt şəkildə xəbərdar edib.

Cənab Lapid İslam Respublikasının rəsmilərinə müraciət edərək dedi: İranlılara da bu mesajım var: israillilərə zərər verən sağ qalmayacaq; İsrailin uzun qolları sizə çatacaq; Harada olursanız olun; kim olursanız olun.

İslam Respublikası ilə İsrail arasında informasiya və təhlükəsizlik savaşı son aylarda şiddətlənib və İsrail İslam Respublikasının hərbi və təhlükəsizlik qüvvələrinə ölümcül zərbələr endirməyə nail olub.

İslam Respublikası rəsmiləri qisas alacaqlarına söz veriblər, lakin indiyədək onların çabaları başqa ölkələrdə mülki İsrail vətəndaşlarına sui-qəsd təşkil etmək üzərində cəmlənib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranda daha 7 məhbus edam edilib

İyun 13, 2022
1 dəqiqədə oxunur
İranda daha 7 məhbus edam edilib