close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranda quldurluğun artması; İranlı aktyor bıçaqlanıb

İyun 16, 2022
1 dəqiqədə oxunur
İranda quldurluğun artması; İranlı aktyor bıçaqlanıb

İranda məşhur teleaktyor “Vəhid Ağapur”un şiddətə məruz qalması ilə bağlı xəbərlər dərc olunub. Bu aktyor Tasnim Xəbər Agentliyinə bildirib ki, bazar ertəsi gecə saat 10:30 radələrində oğruluğa məruz qalan birinə yardım etmək üçün getdiyində o da “quldurların” qurbanı olub.

Vəhid Ağapur bıçaqlandıqdan sonra dərin yara alıb. O dedi: “Məsələ ondadır ki, oğrular son vaxtlar hiss ediblər ki, onları ittiham aktı gözləmir”.

Ötən günlərdə kino və televiziyanın daha bir tanınmış aktyoru, onun sözlərinə görə, 4-cü dəfədir ki, “quldurların” hədəfinə çevrilən “Məhəmməd Şiri”nin oğurluğa məruz qalması ilə bağlı növbəti xəbər dərc olunub.

Cənab Şiri dedi: "Hamımızın təcrübəmiz olduğu bir vəziyyətdə, komediya seriallarında oynayaraq insanları necə güldürə biliriz?"

Son aylarda sosial media istifadəçiləri tərəfindən özlərinə, ailəsinə və ya dostlarına qarşı zorakılıqla təqib edilməsi ilə bağlı çoxsaylı xəbərlər daxil olub.

İranda sadə insanlar üçün ciddi etibarsızlığın olduğunu göstərə biləcək bu hesabatların yayımlanması ilə eyni vaxtda, polis rəsmiləri gündəlik olaraq “quldur” adlandırdıqları insanların həbsindən xəbər verirlər.

İranda yoxsulluq və ciddi dolanışıq problemləri müxtəlif əsnafın etirazlarını artırmaqla yanaşı, silahlarla kiçik və iri miqyaslı oğurluq növlərini də artırıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranda iqtisadi vəziyyətə qarşı təqaüdçülərin və bazar tacirlərinin etirazları davam edir

İyun 15, 2022
1 dəqiqədə oxunur
İranda iqtisadi vəziyyətə qarşı təqaüdçülərin və bazar tacirlərinin etirazları davam edir