close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Koronaya qarşı səhlənkarlığa görə iddiaçılar üçün ağır həbs cəzaları verildi

İyun 21, 2022
1 dəqiqədə oxunur
Koronaya qarşı səhlənkarlığa görə iddiaçılar üçün ağır həbs cəzaları verildi

İranda Korona virusu ilə mübarizə apara bilmədiklərinə görə Əli Xamenei də daxil olmaqla İslam Respublikası hakimiyyətini məhkəməyə vermək istəyən 5 hüquqşünas və mədəni fəali məhkəmə hakimiyyəti ağır həbs cəzalarına və sosial məhrumiyyətlərə məhkum edib.

Bazar ertəsi, iyunun 20-də Emtadad xəbər saytına vəkil Babək Pakniya bildirib ki, məhkəmənin hökmünə əsasən, Mehdi Məhmudiyan 4 il həbs və 2 il media fəaliyyətindən məhrum edilib, vəkil Mustafa Nili isə 4 il həbs və 2 il vəkillikdən və media fəaliyyətindən məhrum edilib. Vəkil Arəş Keyxosrəvi 2 il həbs və 1 il vəkillik hüququndan məhrum edilib, vəkil Məhəmməd Riza Fəqihi 6 ay müddətinə azadlıqdan məhrum edilib və mədəni fəal Məryəm Əfrafəraza isə 95 gün həbs cəzası verildi.

Babək Pakniya daha sonra bildirib ki, iş üzrə vəkilin hətta tamaşaçı qismində də açıq iclasda iştirakına icazə verilməyib.

O, təqsirləndirilən şəxslərə qarşı çıxarılan ittiham aktının o qədər zəif olduğunu, cinayət və təhlükəsizlik başlıqlarının o qədər qeyri-müəyyən olduğunu, hətta prokurorun nümayəndəsinin də onu müdafiə edə bilməyəcəyini vurğulayıb.

Vəkil bu iş üzrə birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

Mehdi Məhmudiyan, Məhəmməd Riza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Məryəm Əfrafəraz keçən il Ayətullah Əli Xameneini, o vaxtkı prezident Həsən Ruhani və Korona ilə Mübarizə Milli Qərargahının üzvlərini korona peyvəndinin idxalına qoyulan qadağaya görə məhkəməyə verməyə çalışırdılar ki, təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldılar.

İran İslam Respublikası hakimiyyətinin sağlamlıq iddiaçısı kimi tanınan bu vəkillərə və mədəni fəallara qarşı təhlükəsizlik tədbirləri görməsinə və onlardan bəzilərinin tutulmasına baxmayaraq, vəkillər Məhəmməd Riza Fəqihi və Arəş Kayxosrəvi bu il 27 Fevralda İslam Respublikasının lideri Xameneiyə, keçmiş prezident Həsən Ruhani və sonra Korona ilə Mübarizə Milli Qərargahının üzvlərinə qarşı şikayət ediblər.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Bu ilin başlanğıcından Batı Azərbaycanda qeyri-qanuni sularda 8 nəfər boğularaq həyatını itirib

İyun 20, 2022
1 dəqiqədə oxunur
Bu ilin başlanğıcından Batı Azərbaycanda qeyri-qanuni sularda 8 nəfər boğularaq həyatını itirib