close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Rusiya xarici işlər naziri İrana səfər edib və Rəisi ilə görüşüb

İyun 23, 2022
1 dəqiqədə oxunur
Rusiya xarici işlər naziri İrana səfər edib və Rəisi ilə görüşüb

Çərşənbə günü, 22 İyun-da Rusiya xarici işlər naziri nümayəndə heyətinin başında Tehrana gəlib və iranlı həmkarı və prezidentlə görüşüb.

İslam Cumhuriyyətinin Radio ve Televizyası Sergey Lavrovun Tehrana səfərinin məqsədini BMT Təhlükəsizlik Şurasını müzakirə etmək, ikitərəfli əlaqələri və enerji əməkdaşlığını gücləndirmək, ayrıca beynəlxalq və regional məsələləri müzakirə etmək olaraq bildirib.

İran Xarici İşlər Nazirliyi də Avropa-Asiya və Qafqaz sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə cənab Lavrovun səfərini xatırladıb.

Cənab Lavrovun İbrahim Rəisi ilə görüşünün şəkilləri də İran mediasında yayılıb, lakin onlar arasında aparılan danışıqlarla bağlı heç bir izahat verilməyib.

Keçən ay Rusiya sanksiyalar altında böyük neft və qaz ehtiyatlarına malik iki ölkə İran və Rusiyanın neft və qaz mübadiləsi və enerji təchizatı mərkəzinin yaradılmasını müzakirə etdiklərini açıqlamışdı.

Bu arada, Reuters də daxil olmaqla beynəlxalq media xəbərləri Rusiyanın Çində İran neft bazarını ələ keçirdiyini və İranın neft ixracının azaldığını göstərir. Neftlə yanaşı, İranın başqa sənaye sahələri, o cümlədən İranın polad ixracı Rusiyanın siyasətlərindən təsirlənib və İran bazar payını itirib.

Rusiya nümayəndə heyətinin İrana səfəri Rusiyanın Ukraynaya müdaxiləsindən və savaşın başlamasından sonra geniş beynəlxalq sanksiyalara məruz qaldığı bir vaxta təsadüf edir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Təbrizdə hava yenə qeyri-sağlam olub

İyun 22, 2022
1 dəqiqədə oxunur
Təbrizdə hava yenə qeyri-sağlam olub