close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Yaşar Piri ailəsi ilə təmasda; Dünəndən aclıq aksiyası keçiririk

Avqust 19, 2022
1 dəqiqədə oxunur
Yaşar Piri ailəsi ilə təmasda; Dünəndən aclıq aksiyası keçiririk

17 avqust 2022-ci ildə Təbrizdə həbs edilən mədəni fəal Yaşar Piri ailəsi ilə qısa zəng zamanı başqa həbs edilmiş fəal Siyavuş Əlizadə ilə birlikdə aclıq aksiyasına başladıqlarını bildirib.

Cənab Piri məhkəmə orqanları tərəfindən əsassız işlərin açılmasına və onların həbsi prosesinə etiraz olaraq aclıq aksiyasına başladıqlarını açıqlayıb.

Yaşar Piri Siyavuş Əlizadə ilə birlikdə Təbriz ümumi və inqilab Prokurorluğunun 7 saylı şöbəsində ittihamları bildirilərək Təbriz Mərkəzi Həbsxanasının karantinə bölməsinə köçürülüblər.

Qısa zənglərində bu iki fəal ailəyə mümkün ittihamları və verilən sərəncamla bağlı ətraflı məlumat verə bilməyib.

Yaşar Piri Təbrizdə yaşayan tanınmış mədəni fəalıdır. O, 2012-ci ilin aprelində Təbriz şəhərində Urmiyə gölünün qurumasına etiraz aksiyasında iştirak etdikdən sonra həbs edilib və "ictimai asayişi pozmaq" ittihamı ilə 3 aylıq şərti həbs və 30 şallaq zərbəsi ilə cəzalandırılıb.

Yaşar Piriinin qardaşı Ruzbeh Piri də Təbriz həbsxanasında həbsdə olan siyasi məhbusdur. Bu iki qardaş 2018-ci ilin noyabrında keçirilən etiraz aksiyaları zamanı həbs olunanlar arasındayadılar. Yaşar və Ruzbeh Piri etiraz aksiyalarının keçirildiyi və təhlükəsizlik qüvvələrinin atalarının evinə basqın etdiyi bir vaxtda həbs edilərək Təbriz Aşura adlı İnqilab Keşikçiləri təcridxanasına aparılmışdılar. 26 gündən və sorğu-sual prosedurları başa çatdıqdan sonra onlar Təbriz mərkəzi həbsxanasının 3-cü palatasına köçürülmüşdülər və nəhayət, 2020-ci il Fevral ayının 5-də məhkəməyə qədər girov qarşılığında müvəqqəti olaraq Təbriz həbsxanasından sərbəst buraxılmışdılar.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Son 24 saatda 384 xəstə Korona şübhəsi ilə Ərdəbil tibb mərkəzlərinə başvurub

Avqust 18, 2022
1 dəqiqədə oxunur
Son 24 saatda 384 xəstə Korona şübhəsi ilə Ərdəbil tibb mərkəzlərinə başvurub