close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Saytları dəyişdirin
Xəbərlər

Üç Bəluç məhbus Zahidanda edam hökmünün icrası üçün karantinə köçürülüb

Avqust 19, 2022
1 dəqiqədə oxunur
Üç Bəluç məhbus Zahidanda edam hökmünün icrası üçün karantinə köçürülüb

Zahidandakı Dozap Mərkəzi Həbsxanasının rəsmiləri edam hökmünün icrası üçün üç məhbusu karantinə köçürüb.

İranwire mənbələrindən alınan xəbərlərə görə, bu məhbuslar edam hökmünü icra etmək üçün 18 avqust 2022-ci il cümə axşamı günü həbsxana karantininə köçürülüblər. Əldə edilən məlumata görə, bu məhbusların kimliklərinin “Əbdül Basit Bərahuyi”, 23 yaşlı Dozaplı, “Əbdül RəhimİIsmail Zehi”, Dozap mahalının Kolçat kəndindən və “Möhsün Salarzahi” olduğu açıqlanıb.

Bu vətəndaşların hər üçü narkotiklə əlaqəli cinayətlərdə ittiham olunublar.

Bu xəbərə görə, Əbdül Basit və Əbdül Rəhim 2018-ci ildə Dozapda iki ayrı iş üzrə həbs ediliblər və bu şəhərin İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum ediliblər və o vaxtdan bu həbsxananın 7-ci palatasında həbs olunublar. Ayrıca, Möhsün Salarzahi 2015-ci ildə həbs edilib və bir müddət sonra qirov qarşılığında sərbəst buraxılıb, lakin 2019-cu ildə narkotik vasitələrin daşınması və saxlanması ittihamı ilə yenidən həbs edilib.

Dozap Mərkəzi Həbsxanasının məsul şəxsləri bu şəxslərin ailələrinə zəng edərək bu gün səhər, avqustun 19-da cümə günü son ziyarət üçün bu həbsxanaya gəlmələrini xahiş ediblər.

Son günlər İran İslam Respublikasının müxtəlif həbsxanalarında Bəluç məhbuslarının edamı artıb. Cümə axşamı günü dörd Bəluç məhbusu narkotiklə əlaqəli cinayətlərə görə Yəzd həbsxanasında edam edilib.

Şərhlər

Xəbərlər

Yaşar Piri ailəsi ilə təmasda; Dünəndən aclıq aksiyası keçiririk

Avqust 19, 2022
1 dəqiqədə oxunur
Yaşar Piri ailəsi ilə təmasda; Dünəndən aclıq aksiyası keçiririk