close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Həmədanda su çatışmazlığına etiraz olaraq keçirilən aksiyalarda 25 nəfər həbs edilib

Sentyabr 9, 2022
1 dəqiqədə oxunur
Həmədanda su çatışmazlığına etiraz olaraq keçirilən aksiyalarda 25 nəfər həbs edilib

Həmədan şəhərinin fərmandarı “Məhəmməd Əli Məhəmmədi” dünən Həmədanda içməli su problemlərinin araşdırılması üçün keçirilən iclasda Həmədanda su böhranına qarşı etirazlar zamanı 25 nəfərin həbs edildiyini bildirib.

Bu xəbər Həmədan əhalisinin su qıtlığına qarşı geniş etirazlarından üç həftə sonra açıqlanıb.

Cənab Məhəmmədi ayrıca bildirib ki, “düşmənlər və münafiqlər” bu şəhərin içməli su problemindən “sui-istifadə ediblər”. Həmədan fərmandarı bu şəhərdə içməli suyun olmamasına etiraz olaraq insanların toplaşmasını “qanunsuz” elan edib və bununla bağlı Həmədanda 3 etiraz toplantısının keçirildiyini bildirib.

Onun sözlərinə görə, "25 nəfər həbs edilib, onlardan 20-si Həmədan əyalətinin sakinləri deyil". Məhəmmədi yerli olmayanların da etirazlarda iştirak edtdiyini və onların Həmədanda olmaqla insanlar arasında terror və narazılıq yaratmaq niyyətində olduqlarını söylədi.

Avqustun sonlarında həmədanlılar bir neçə gecə dalbadal Həmədan küçələrinə toplaşaraq “fəsal azalsa, su problemi həll olunacaq”, “Bacarıqsız rəsmi, istefa, istefa” və “həmşəhri həmşəhri, qeyrətini göstər” kimi şüarlar səsləndiriblər.

Bir sıra əyalətlərin əhalisi son bir ayda su böhranı ilə üzləşib və onlar Şəhrekord, Urmiyə və Həmədan kimi şəhərlərdə bir neçə həftədir suyun kəsilməsinə və su təchizatının idarə olunmamasına etiraz etmək üçün küçələrə çıxıblar. Etiraz aksiyaları ilə bağlı dərc olunmuş xəbərlər polisin insanların toplaşdığı yerlərə hücum etdiyini və etirazları zorakılığa çevirdiyini göstərir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Amnesty İnternational göy qurşağı icmasının müdafiəçisinin edam hökmünü qətiyyətlə pisləyib

Sentyabr 8, 2022
1 dəqiqədə oxunur
Amnesty İnternational göy qurşağı icmasının müdafiəçisinin edam hökmünü qətiyyətlə pisləyib