close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranwire-ə özəl; Xameneinin etirazları yatırtmaq üçün İnqilab Keşikçilərinə əmri

Sentyabr 25, 2022
1 dəqiqədə oxunur
İranwire-ə özəl; Xameneinin etirazları yatırtmaq üçün İnqilab Keşikçilərinə əmri

İran İslam Respublikasında təhlükəsizlik qurumlarında məsləhətçi kimi işləməyə davam edən keçmiş təhlükəsizlik rəsmisi “İranwire”ə verdiyi qısa müsahibədə bildirib ki, etirazların bütün İranda yayılması İran hökumətini təəccübləndirib və şiddətli repressiya ehtimalı var. İran vətəndaşlarının kütləvi şəkildə öldürülməsinə səbəb olması gözlənilir.

Bu keçmiş məmur vurğulayıb ki, İnqilab Keşikçiləri Korpusunun komandirləri digər idarələri, o cümlədən polis qüvvələrini, İslam Respublikası Ordusunu və Kəşfiyyat Nazirliyini səhlənkarlıqda ittiham edir və Ayətullah Xameneinin birbaşa göstərişi ilə etirazlara son vermək üçün zorakılıq etmək niyyətindədirlər.

Bu İranwire mənbəsinə görə, o, İran İnqilabı Keşikçiləri Korpusunun rəsmisindən Ayətullah Əli Xameneinin başörtülərinin yandırılmasını “müharibə” adlandırdığını eşidib: “Cənab (Əli Xamenei) mərhəmət göstərilməməyi əmr edib. Xamenei bildiriblər ki, qadınların küçədə hicab yandırmasının mənası yoxdur. Bu İslama qarşı müharibə deməkdir. İranda “İslamla mübarizə”nin fiqhi hökmü edamdır.

Bu keçmiş məmur ayrıca vurğulayıb ki, İran hökuməti və İnqilab Keşikçiləri kürd bölgələrindəki vəziyyətdən narahatdır və İraq Kürd Muxtar Bölgəsi hökumətinə İran kürd qrupları ilə əməkdaşlıq etməmək barədə xəbərdarlıq edib.

Sonda İranwire-in mənbəsi bildirib ki, İranın bir çox keçmiş və indiki kəşfiyyat rəsmiləri İran hökumətinin və Ayətullah Xameneinin özünün fəaliyyətindən narazıdırlar və keçmişdən fərqli olaraq onun məsələlərə real baxışı olmadığına inanırlar.

Bu barədə İslam Respublikasının təhlükəsizlik müşaviri bildirib ki, qorxuram ki, onlar da Gəhərşad məscidi kimi qırğın törətsinlər ki, məsələ bir az da sakitləşsin”.

1935-ci ilin iyulunda İran ordusu Riza şah Pəhləvinin əmri ilə Göhərşad məscidində əyləşmiş dini müxaliflərini hədəfə aldı. Bəzi mənbələrdə bu repressiya nəticəsində 1600 nəfər ölüb.

 Bu gün verilən son xəbərə görə, İran qüvvələri İraq sərhəd bölgələrini bombalayıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ərdəbildə həbslərin davamı; Möhsün Möhsünzadə həbs edilib

Sentyabr 23, 2022
1 dəqiqədə oxunur
Ərdəbildə həbslərin davamı; Möhsün Möhsünzadə həbs edilib