close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ərdəbildə Şəhid və Məsumə qızlar liseyinin tələbələrinin döyülərək həbs edilməsi

Oktyabr 14, 2022
1 dəqiqədə oxunur
Ərdəbildə Şəhid və Məsumə qızlar liseyinin tələbələrinin döyülərək həbs edilməsi

Ərdəbildə Şəhid və Məsumə liseylərinin tələbələri təhlükəsizlik işçiləri tərəfindən döyülüb, bəziləri isə hökumətin mitinqində iştirakdan imtina etdikləri üçün həbs edilib.

Virtual məkanda və sosial şəbəkələrdə yayılan videolardan görünür ki, qızlar məktəblərində olan təhlükəsizlik əməkdaşları hökumətin mitinqində iştirak etməkdən imtina etdiklərinə görə tələbələri şiddətli şəkildə döyüblər və zorakılığa cavab verən bir neçə nəfəri həbs ediblər və zorakılığa qarşı tələbələr tərəfindən diktatora ölüm şüarı verilib.

Bu tələbələr təhlükəsizlik qüvvələri tərəfindən təcili yardım maşınında təcridxanaya aparılıb.

Ayrıca, çərşənbə axşamı, oktyabrın 11-də Ərdəbilin Alaqapı (Aliqapu) küçəsində tələbələrin yürüşünün yayımlanan videolarından görünür ki, tələbələr qadın haqlarını dəstəkləyən və məcburi hicaba qarşı şüarlar səsləndiriblər.

Bu xəbər yazılana qədər saxlanılanların adları və köçürülmə yerləri barədə dəqiq məlumat yoxdur.

Şərhlər

Xəbərlər

Millətvəkili saxlanılan tələbələrin düşmən şəbəkələri ilə əlaqələri olduğunu iddia edib

Oktyabr 13, 2022
1 dəqiqədə oxunur
Millətvəkili saxlanılan tələbələrin düşmən şəbəkələri ilə əlaqələri olduğunu iddia edib