close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ərdəbildə mülki geyimli şəxslərin hücumu nəticəsində bir tələbə həyatını itirib

Oktyabr 14, 2022
1 dəqiqədə oxunur
Ərdəbildə mülki geyimli şəxslərin hücumu nəticəsində bir tələbə həyatını itirib

Ərdəbildə Şahid liseyinə mülki geyimli şəxslərin hücumu nəticəsində 10 qız tələbə xəstəxanaya aparılıb və onlardan biri daxili qanaxma nəticəsində dünyasını dəyişib.

“Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası” bu xəbəri təsdiqləyərək 2022-ci il oktyabrın 13-də məktəb direktorunun “əməkdaşlığı” ilə mülki geyimlərinin bu məktəbə hücumundan sonra daha 7 qız tələbənin həbs olunduğunu yazıb.

 Saxlanılan tələbələrin harada olması və vəziyyəti barədə məlumat yoxdur.

Təhlükəsizlik qüvvələri tələbələrin valideynlərinə və Fatemi xəstəxanasının tibb işçilərinə məlumat verməmələri üçün təzyiq edib və hədələyiblər ki, “Mətbuatda xəbər çıxsa, övladlarını bir daha görməyəcəklər”.

Bununla bağlı “Aznews” Teleqram kanalı yazıb ki, Ərdəbil Şəhid Qız Liseyi rəsmilərinin cümə axşamı İslam Respublikasının siyasətlərinə dəstək aksiyasına tələbələri göndərmək cəhdləri tələbələrin etirazı ilə qarşılanıb.

Bu xəbərə görə, bir sıra tələbə qızlar “Diktatora ölüm” şüarları səsləndirməyə başlayırlar. Bu məktəbin direktoru Ezra Fatehi qız tələbələrin etirazına cavab olaraq təhlükəsizlik qurumlarının dərhal müdaxiləsini tələb edir.

Bu məktəbin müavini Əfzəlifər xanım da etiraz edən tələbələri təhlükəsizlik orqanlarına təqdim etmək üçün video çəkib.

Nəhayət, təhlükəsizlik qüvvələri və mülki geyimlilər məktəbə gəldikdən sonra məktəbin qarşısına toplaşan tələbələrin valideynləri və tələbələr döyülüb.

Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, İslam Respublikasının təhlükəsizlik qüvvələri ümumi etirazların başlamasından sonra son həftələr ərzində 18 yaşdan kiçik ən azı 23 yeniyetməni öldürüb.

Şərhlər

Məhbuslar

Ramin Behzadın Təbriz Mərkəzi Həbsxanasında saxlanılması və durumunun bəlirsizliyi davam edir

Oktyabr 14, 2022
1 dəqiqədə oxunur
Ramin Behzadın Təbriz Mərkəzi Həbsxanasında saxlanılması və durumunun bəlirsizliyi davam edir