close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Avropa Parlamentinin sədri: İranlı etirazçılardan üz döndərməyəcəyik

Noyabr 22, 2022
1 dəqiqədə oxunur
Avropa Parlamentinin sədri: İranlı etirazçılardan üz döndərməyəcəyik

Avropa Parlamentinin sədri Roberta Metsola iranlı etirazçılara dəstək verdiyini açıqlayarkən deyib: “İran küçələrindən bizə baxanlardan üz döndərməyəcəyik. İran qanuni etirazları basdırmayı dayandırmalıdır”.

Bazar ertəsi, 2022-ci il noyabrın 22-də Avropa Parlamentində çıxış edən xanım Metsola etirazçıların repressiyasına qarşı Avropa Parlamenti üzvlərinin İslam Respublikası tərəfindən sanksiyaya məruz qalmasına cavab olaraq bu parlamentin nümayəndələrinin bu ölkə ilə əlaqəsini kəsdiyini və əməkdaşlığını kəsdiyini elan etdi.

Avropa Birliyi Parlamentinin sədri də fars dilində “qadın, yaşam, azdlıq” şüarını yazıb.

Bundan öncə o, 4 Avropa nümayəndəsinin sanksiyaya məruz qalmasına cavab olaraq demişdi: “Avropa Parlamenti əsas və insani dəyərlər uğrunda mübarizəni dayandırmayacaq.” O, bu parlamentin son gününə qədər mütləq “azadlığı, bərabərliyi və insan ləyaqətini” dəstəkləyəcəyini və “səssiz qalmayacağını” vurğulayıb.

Ötən ayın sonunda İran İslam Respublikası 4-ü Avropa İttifaqı Parlamentinin üzvü olmaqla 12 nəfərə İran İslam Respublikasına qarşı “terrorçu qruplara dəstək” və “zorakılığa dəstək” səbəbilə sanksiya tətbiq edib.

İki aydan artıqdır ki, ciddi şəkildə təcrid olunmuş İslam Respublikası rejimi eyni zamanda bir neçə insan haqları təşkilatını, Fransa xəbər agentliyini və Deutsche Welle-ni də sanksiyalara məruz qoymuşdu.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Səttar Xan küçəsinin bağlanmasına dair edam hökmü çıxarılıb

Noyabr 21, 2022
1 dəqiqədə oxunur
Səttar Xan küçəsinin bağlanmasına dair edam hökmü çıxarılıb