close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Cavad Əhmədi Xoy Mərkəzi Həbsxanasının 2-ci palatasına köçürülüb

Noyabr 28, 2022
1 dəqiqədə oxunur
Cavad Əhmədi Xoy Mərkəzi Həbsxanasının 2-ci palatasına köçürülüb

Azərbaycanlı mədəni fəal Cavad Əhmədi Yekanlı şənbə günü, 2022-ci il dekabrın 26-da Xoy həbsxanasının 2-ci palatasına köçürülüb.

Bu Azərbaycanlı fəal ailəsinə və yaxınlarına zəng edəeək məlumat verib ki, o, Xoy Mərkəzi Həbsxanasının 2-ci palatasına köçürülüb.

Xoy Mərkəzi Həbsxanasının 2-ci palatası metadondan gündəlik istifadə edən narkomanların palatası olduğu üçün bu məsələ Əhmədi ailəsinin narahatlığını artırıb.

İran həbsxanalarında uzun illərdir ki, cinayətlərin ayrılması ilə bağlı qanunlara əməl olunmur və həbsxana rəhbərliyi İnformasiya Baş İdarəsinin göstərişi ilə İran həbsxanalarında məhbus olan Azərbaycanlı fəallar müxtəlif bəhanələrlə ümumi və təhlükəli cinayətkarlar palatasına köçürülür.

Xoyda yaşayan Azərbaycanlı mədəni fəal Cavad Əhmədi Yekanlı dünən 2 oktyabr 2022-ci il atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Xatırlatmalıyıq ki bu mədəni fəal daha öncələr də mədəni fəaliyyətinə görə, o cümlədən 2017-ci il mayının 4-də 2006 may hadisələrində ölənlərin anma mərasimində həbs edilmişdi.

Şərhlər

Xəbərlər

Kərim İsmayılzadənin Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Noyabr 25, 2022
Kərim İsmayılzadənin Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb