close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Meysəm Colaninin dindirmə iclası keçirilib

Noyabr 30, 2022
1 dəqiqədə oxunur
Meysəm Colaninin dindirmə iclası keçirilib

Azərbaycanlı mədəni fəal Meysəm Colaninin dindirmə iclası dünən 29 Noyabr 2022-ci ildə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq şöbəsində keçirilib.

Sözügedən şöbənin hakimi Kamiyar Səlimin cənab Colaniyə qarşı irəli sürdüyü ittiham “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” adlanır və ondan son müdafiə çıxışı tələb olunub.

Meysəm Colani bu il sentyabrın 22-də Germi şəhərinin Ocaq kəndində təhlükəsizlik qüvvələri tərəfindən hökm olmadan və döyülərək həbs edilib və təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və oktyabrın 6-də dindirmə prosesi başa çatdıqdan sonra Kəşfiyyat Nazirliyinin təcridxanasından Ərdəbil mərkəzi həbsxanasına köçürülüb.

Qeyd edək ki, bu azərbaycanlı fəal mədəni fəaliyyətinə görə dəfələrlə çağırılıb, saxlanılıb, mühakimə və həbs olunub..

Şərhlər

Xəbərlər

Məlikanda son etirazlar zamanı həbs olunan 6 məhbus Marağa həbsxanasından sərbəst buraxılıb

Noyabr 30, 2022
1 dəqiqədə oxunur
Məlikanda son etirazlar zamanı həbs olunan 6 məhbus Marağa həbsxanasından sərbəst buraxılıb