close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Zahidanda həbs olunan iki qadına həbs, şallaq və pul cəzası verilib

Dekabr 29, 2022
1 dəqiqədə oxunur
Rəşt şəhərindən olan 21 yaşlı Ayda Purtəqi
Rəşt şəhərindən olan 21 yaşlı Ayda Purtəqi

Zahidan etirazlarında saxlanılanlardan "Ayda Purtəqi Feştege" adlı gənc qadın və "Sitarə Rigi" adlı yeniyetmə "həbs, şallaq və cərimə" cəzasına məhkum edilib.

Çərşənbə günü, 28 dekabr 2022-də bu xəbəri açıqlayarkən “Halvaş” insan haqları xəbər agentliyi xanım Purtəqiyə 9 ay həbs, 60 şallaq, Sitarə Rigiyə isə 25 milyon pul cəzası kəsildiyini yazıb.

Zahidan Universitetinin riyaziyyat mühəndisliyi fakültəsinin birinci semestrinin öyrəncisi və Rəşt şəhərindən olan 21 yaşlı Ayda Purtəqi və 17 yaşlı öyrənci Sitarə Rigi noyabrın 15-də Zahidanda İnqilab Keşikçilərinin kəşfiyyat qüvvələri tərəfindən həbs edilib.

Bu qadınlar Zahidan İnqilab Məhkəməsinin İkinci Şöbəsi tərəfindən "qanunsuz toplantılara qatılaraq ictimai asayişi pozmaq" ittihamı ilə həbs, şallaq və cərimələrə məhkum ediliblər.

Halvaş daha öncə 20 yaşlı bəluc qadını Hidyə Tudenin 4 il və 16 yaşlı Nazənin Əhmədipur adlı yeniyetmənin isə 6 ay həbs cəzasına məhkum edildiyini bildirmişdi.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər