Təbriz İncəsənət Universitetinin qrafika fakültəsinin öyrəncisi Nazənin Kiyanbəxt məhkəməyə qədər girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Bu xəbərin yazıldığı vaxta qədər onun həbsinin səbəbləri, işin təfərrüatları və ona qarşı irəli sürülən ittihamlar məlum deyil.
Bu 20 yaşlı Azərbaycanlı öyrənci 29 Noyabr 2022-də atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
Şərhlər