close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

“Edam respublikasına ölüm”; İranın bir sıra şəhərlərində ümumi etiraz aksiyaları davam edir

Yanvar 9, 2023
“Edam respublikasına ölüm”; İranın bir sıra şəhərlərində ümumi etiraz aksiyaları davam edir

8 Yanvar axşam saatlarında İranın bir sıra şəhərləri, o cümlədən Tehran, Sənəndəc və Qəzvin küçələri İslam Respublikası hakimiyyəti əleyhinə şüarlar səsləndirən etirazçılara səhnə oldu.

Tehranın İnqilab küçəsində etirazçılar yürüşə başlayıb və “Edam respublikasına ölüm” şüarı səsləndiriblər.

 

Tehranın Səttar Xan küçəsindən yayılan videolarda da etirazçıların olması və “Diktatora ölüm” şüarları səsləndirilir.

Tehranın Sadiqiyyə bölgəsi də xalqın hökumət əleyhinə nümayişlərin şahidi olub və “Diktatora ölüm” və “Bu il qan ilidir, Seyid Əli getməlidir” şüarları səsləndirib.

Qəzvin şəhərinin əhalisi də 8 Yanvarda axşam saatlarında etiraz aksiyasına başlayıb və şüarlar səsləndirib: “Ayıbımız, ayıbımız, qanmaz rəhbərimiz”

Qəzvində etirazçıların toplanışı zamanı səslənən başqa şüarlardan biri də “Bunca illər cinayət, ölüm olsun bu vilayətə”.

Yayımlanan videolara görə Sənəndəcdə gənc etirazçılar küçələrə çıxaraq və od yandıraraq və yolda maneələr yaradaraq etiraz ediblər.

 

Mahabaddan İranwire-ə göndərilən videolar da bu şəhərin küçələrində küçə etirazlarının və hökumət əleyhinə şüarların səsləndirilməsinin başladığını göstərir.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Nazənin Kiyanbəxt Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Yanvar 6, 2023
Nazənin Kiyanbəxt Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb