close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Raziyə Canbaz: Məni məhdudlaşdıra bilsəniz, daha azadlığı gözləməyəcəyəm

Yanvar 16, 2023
1 dəqiqədə oxunur
Raziyə Canbaz: Məni məhdudlaşdıra bilsəniz, daha azadlığı gözləməyəcəyəm

İranın qadınlardan ibarət həndbol milli komandasının keçmiş oyunçusu Raziyə Canbaz instaqram səhifəsində məcburi hicaı olmadan şəklini yerləşdirərək yazıb: "Bax. Mən indi çox rahat danışıram. Mən daha azadlığı gözləmirəm. Özümü sərbəst aparıram. Əgər bacarırsansa, məni məhdudlaşdır."

Xanım Canbaz həm də İran tarixində həndbol üzrə ilk qadın legioner hesab olunur.

Son aylarda məhkəmə sisteminin hədələri, həbsləri, işgəncələri və ağır cəzalarına baxmayaraq, iranlı idmançıların İran xalqı ilə əlaqəsi artıb.

Bundan öncə və ümummi etirazların başlaması ilə futbol komandasının oyunçuları avtomobillərinin gömrük pulu vermədən almaq üçün “İbrahim Rəisi” başda olmaqla hökumət rəsmiləri ilə görüşərkən İranın qadın həndbol komandasının oyunçusu Raziyə Canbaz, İnstaqram səhifəsində bir mesaj paylaşaraq İran milli həndbol komandasını tərk edib.

O, emosional mesajında bunları yazıb: "Bacım Məhsə Əmininin və yurdumun səsi çıxmayan bütün qızlarının şərəfinə ayağa qalxıram. İndi xalqla həmahəng olmaq hər bir vəzifədən daha vacibdir. Həndbol üzrə milli komanda ilə vidalaşıram."

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Məhbuslar

Etirazlarda həbs olunan Cavad Ruhi üç dəfə edama məhkum edilib

Yanvar 16, 2023
1 dəqiqədə oxunur
Etirazlarda həbs olunan Cavad Ruhi üç dəfə edama məhkum edilib