close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İslam Respublikası Xuzistanda Almaniya vətəndaşını həbs edib

Yanvar 18, 2023
1 dəqiqədə oxunur
İslam Respublikası Xuzistanda Almaniya vətəndaşını həbs edib

İnqilab Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyi Xuzistan əyalətində bir alman vətəndaşının həbs olunduğunu xəbər verib və onu “həssas neft mərkəzləri”nin fotolarını çəkməkdə ittiham edib.

Tasnim bu şəxsin Xuzistan əyalətindəki Omidiye neft obyektlərinin şəkillərini çəkərkən həbs edildiyini iddia edib.

Bu xəbər agentliyi bu şəxsin kimliyini və həbs olunma tarixini açıqlamayıb və İranın rəsmi orqanları və Almaniya hökuməti hələlik buna reaksiya verməyib.

Almaniya vətəndaşının həbsi xəbəri Almaniya Xarici İşlər Nazirliyi İranın Berlindəki səfirini İranda insan haqlarının mövcud vəziyyətinə etiraz olaraq çağırdıqdan bir gün sonraya təsadüf edir.

Avropa ölkələri arasında Almaniya iranlı etirazçılara ən açıq dəstək verən ölkələrdən birini nümayiş etdirib və İslandiya ilə birlikdə İran İslam Respublikası hökumətinin etirazçılara qarşı qanlı repressiyaları izləmək üçün beynəlxalq faktaraşdırıcı komissiyanın yaradılmasının təşəbbüskarı olub.

İslam Respublikası Batı ölkələrinə təzyiq etmək və ya Avropadakı məhbus ünsürlərini azad etmək üçün dəfələrlə Batı vətəndaşlarının və ikili vətəndaşların girovlarından istifadə edib.

Bundan öncə Almaniya və bəzi Avropa ölkələri öz vətəndaşlarının İrana səfərinin nəticələri barədə xəbərdarlıq edərək, İrana səfər etməmələrini xahiş ediblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Dini Azlıqlar

Bəhai vətəndaş Fəraz Həqiqətcu etiraf etmək üçün təzyiq altındadır

Yanvar 17, 2023
1 dəqiqədə oxunur
Bəhai vətəndaş Fəraz Həqiqətcu etiraf etmək üçün təzyiq altındadır