Təbrizdə yaşayan Azərbaycanlı mədəni fəal Əmir Sətari 17 Yanvar 2022-də axşam saatlarında ədliyyə işçiləri tərəfindən həbs edilib və hökmünün icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Bu mədəni fəal əyalətin ilkin məhkəməsi və apellyasiya məhkəməsində "Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" ittihamı ilə 91 günlük həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.
Ancaq bu hökmün 50 günü 2 il boyunca şərti olaraq dayandırılmışdı. Hazırda ilkin hökm bir daha qüvvədə saxlanılaraq bu mədəni fəal bir daha 91 gün həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilib.
Bu Azərbaycanlı fəal 21 iyul cümə axşamı günü axşam saatlarında təhlükəsizlik qüvvələri tərəfindən tutuldu və dindirilmə prosesi başa çatdıqdan sonra 11 Avqustda Təbrizin Mərkəzi Həbsxanasına köçürüldü.
Bundan öncə, cənab Səttari 1 yanvar 2018-ci ildə, ümumi etiraz aksiyaları zamanı, təhlükəsizlik məmurları tərəfindən həbs edilmiş və Təbriz Həbsxanasının karantin şöbəsinə köçürülmüşdü. Daha sonra bu Azərbaycanlı fəal məhkəməyə qədər 100 milyon Tümən girov qarşılığında sərbəst bueaxılmışdı.
Şərhlər