close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Qadın hüquqları müdafiəçisi Səfiyə Qarabaği bəraət qazanıb

Yanvar 20, 2023
1 dəqiqədə oxunur
Qadın hüquqları müdafiəçisi Səfiyə Qarabaği bəraət qazanıb

Azərbaycanlı qadın hüquqları müdafiəçisi Səfiyə Qarabaği Zəncan İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən İran İslam Respublikası rejiminə qarşı təbliğat və şəxsi İnstaqram səhifəsində son etirazlarla bağlı məzmun dərc etmək ittihamlarından bəraət qazanıb.

Bu Azərbaycanlı mədəni fəal sözügedən xəbəri dərc etdikdən sonra şəxsi İnstaqram səhifəsində yazıb: “Mənə bəraət verilməsinə səs verən sənəddə deyilir: Müəyyən funksiyaların və qanunların tənqidi  şəxslərin ayrılmaz hüququdur... Yüklənən materiallar digər xəbər agentliklərindən sitat gətirilib və tənqidi baxışa malik olub.”

Səfiyə Qarabaği 2022-ci il oktyabrın 1-də iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və məhkəmə prosesinin sonuna qədər girov qarşılığında oktyabrın 8-də sərbəst buraxılmışdır.

O, öncələr də qadın hüquqları ilə bağlı fəaliyyətinə və İranda yaşayan etnik qrupların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təhlükəsizlik və məhkəmə orqanlarına çağırılıb. Səfiyə Qarabaği öyrənci fəal və keçmiş siyasi məhbus Pərisa Rəfiinin xalasıdır.

Şərhlər

Xəbərlər

Bəluç fəalları: Məkki məscidi hərbi qüvvələr tərəfindən mühasirəyə alınıb

Yanvar 19, 2023
1 dəqiqədə oxunur
Bəluç fəalları: Məkki məscidi hərbi qüvvələr tərəfindən mühasirəyə alınıb