close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Cəmşid Əşrəfi Zəncan Apellyasiya Məhkəməsində 7 ay həbs cəzasına məhkum edilib

Yanvar 24, 2023
1 dəqiqədə oxunur
Cəmşid Əşrəfi Zəncan Apellyasiya Məhkəməsində 7 ay həbs cəzasına məhkum edilib

Zəncanda yaşayan Türk mədəni fəal Cəmşid Əşrəfi İran İslam Respublikası əleyhinə təbliğat aparmaq ittihamı ilə Zəncan Əyaləti Apellyasiya Məhkəməsinin birinci şöbəsi tərəfindən 7 ay həbs cəzasına məhkum edilib.

Bu 7 aylıq həbs cəzasının 6 ayı 3 il boyunca təxirə alınıb və bu cəzanın 1 ayı qüvvədədir.

Elə bir halda Cənab Əşrəfi Apellyasiya Məhkəməsində 7 ay həbs cəzasına məhkum edilib ki, Zəncan İnqilab Məhkəməsinin 2-ci şöbəsinin rəisi Heydəri ilkin mərhələdə mədəni fəalın müdafiəsinə əsasən ona bəraət verib ancaq Zəncan şəhər prokurorunun etirazından sonra iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilib.

Apellyasiya məhkəməsinin birinci kollegiyasının şifahi olaraq cənab Əşrəfiyə deyilir ki, “Təqsirləndirilən şəxsin ali təhsilli olduğunu nəzərə alaraq, onun əməlləri və onun dərc etdiyi məzmunu tam şüurlu və məqsədyönlüdür və İslam Respublikasının müqəddəs quruluşuna qarşı hərəkət olmuşdur."

Cəmşid Əşrəfi noyabrın ortalarında Zəncan şəhərinin İnqilab Prokurorluğuna çağırılıb və ittihamlar izah edildikdən sonra qirov qarşılığında sərbəst buraxılıb və dekabrın 3-də Zəncan İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən mühakimə olunub.

Şərhlər

Qadınlar

Kişi tamaşaçılar stadionlara qayıtdı, qadınların içəri girməsinə icazə verilmir

Yanvar 23, 2023
1 dəqiqədə oxunur
Kişi tamaşaçılar stadionlara qayıtdı, qadınların içəri girməsinə icazə verilmir