close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Xoy zəlzələsində indiyədək 3 nəfər ölüb və 816 nəfər yaralanıb

Yanvar 29, 2023
2 dəqiqədə oxunur
معاون عملیات سازمان امداد و نجات جمعیت هلال احمر نیز گفته است در مجموع حدود ۲۶۲ هزار نفر شامل نزدیک به ۷۸ هزار خانواده تحت‌تأثیر زلزله قرار گرفتند.
معاون عملیات سازمان امداد و نجات جمعیت هلال احمر نیز گفته است در مجموع حدود ۲۶۲ هزار نفر شامل نزدیک به ۷۸ هزار خانواده تحت‌تأثیر زلزله قرار گرفتند.

“İsna” xəbər agentliyi ötən gecə baş verən zəlzələ zamanı Xoy şəhərindən ən azı 3 nəfərin öldüyünü xəbər verib və bu hadisədə yaralananların sayının 816 nəfərə çatdığını yazıb.

2023-cü il yanvarın 28-i şənbə günü axşam Batı Azərbaycanın quzeyindeki Xoy şəhəri və ətraf kəndlərdə 5,9 bal gücündə zəlzələ baş verdi. Rəsmi məlumatlara görə, bu zəlzələ zamanı kənd yerləri ciddi şəkildə dağılıb.

Batı Azərbaycan valisi ilkin qiymətləndirmələrdə 70 kənddəki evlərə 20-90 faiz arasında ziyan dəydiyini açıqlayıb.

Bu zəlzələnin yüzlərlə qurbanı arasında 60 nəfər Xoy şəhərindəki xəstəxanalara, 64 nəfər isə Salmas şəhərindəki sağlamlıq mərkəzlərinə yerləşdirilib.

“İsna” xəbər agentliyi bu gün zəlzələnin baş verdiyi ilk saatdan etibarən 11 əməliyyat və xilasetmə qrupunun hadisə yerinə gəldiyini və Qızıl Ay Təşkilatının koordinasiyası ilə vətəndaşlara çadır, əşya və yeməklərin paylanıldığını bildirib.

Zəlzələnin ilk saatlarında bəzi ərazilərdə elektrik və kommunikasiya xətlərinin kəsildiyi bildirilsə də, bir neçə saat sonra yerli və əyalət rəhbərliyi bu şəhərdə elektrik və rabitə şəbəkəsinin yenidən qurulduğunu açıqlayıb.

Qızıl Ay Yardım və Xilasetmə Təşkilatının əməliyyatlar üzrə müavini də zəlzələdən 78 minə yaxın ailə olmaqla ümumilikdə 262 min insanın zərər çəkdiyini bildirib.

Bu məsul həm də ötən gecə baş verən Xoy zəlzələsindən iki şəhər və 86 kəndin zərər çəkdiyini bildirdi və deyib ki, Batı Azərbaycan əyalətində qırmızı fövqəladə vəziyyət elan edilib və əlavə olaraq Doğu Azərbaycan, Ərdəbil əyalətlərindən 23 əməliyyat qrupu, çevik reaksiya qrupları göndərilib. Kürdüstan, Qəzvin və Zəncan da zəlzələdən zərər çəkmiş bölgələrə yardım qrupları göndərilib.

“İsna” xəbərinə görə, Təbrizdəki iki İmam Əli xəstəxanası və Urmiya bölgəsindəki 523 saylı xəstəxana və ordu qüvvələri yaralılara yardım göstərmək üçün tam hazır vəziyyətdədir və Ordu Quru Qoşunlarının Sağlamlıq və Yardım İdarəsinin rəisi də elan edib. Zəlzələdən zərər çəkmiş bölgəyə yardım və müalicə qrupları göndərilməyə hazırdır, eyni zamanda "Xoyda zəlzələdən zərər çəkmiş ərazidə ordu səhra xəstəxanası da yaradılacaq".

Bununla belə, sosial şəbəkələrdə bir sıra istifadəçilər zəlzələdən zərər çəkmiş vətəndaşlara yardımların göstərilməsi vəziyyətinin ləng getdiyini bildirirlər.

Jurnalist “Pərviz Yari” öz hesabında bir twittdə yazıb və zəlzələdən sonra Xoy şəhərinin kəndlərindəki vəziyyəti “kritik” adlandırıb və yazıb: “Xoy şəhərinin fövqəladə hallar şöbəsindəki mənbə deyir ki, yardımcı və qurğular yox dərəcəsindədir və Xoy şəhərindəki vəziyyəti idarə etmək üçün kifayət yardım yoxdur və ətraf kəndlərə yardım göndərmək hələ mümkün deyil; təcili yardım telefonları bir an belə susmur”.

Zəlzələnin intensivliyi o qədər güclü olub ki, Batı və Doğu Azərbaycan əyalətlərinin müxtəlif ərazilərində hiss olunub. Ayrıca ölkənin fövqəladə hallar rəsmilərinin sözlərinə görə, zəlzələnin yüksək intensivliyi Xoy xəstəxanasının çatlamasına səbəb olub.

Zəlzələdən sonra əsas problem vətəndaşların təcili yaşayış yeri məsələsidir, baxmayaraq ki, Daxili İşlər Nazirliyi onların dərhal məskunlaşması üçün düşərgə salınması və çadırların paylanması, qışın yüksəkliyində bir neçə dərəcə şaxta vəziyyəti daha da çətinləşdirdi.

Yanvarın 18-də Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş vermiş, nəticədə şəhər və kənd evləri dağılmış, xəsarət alanlar olmuşdur. Uçqun başlayandan bu şəhərdə intensivliyi 2 ilə 3 dərəcə arasında hesablanan bir neçə afterşokların şahidi olub.

 

 

Şərhlər

Xəbərlər

Xoyda 5,9 gücündə zəlzələ baş verib; Çoxlu binalar dağılıb

Yanvar 28, 2023
1 dəqiqədə oxunur
Xoyda 5,9 gücündə zəlzələ baş verib; Çoxlu binalar dağılıb