close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Əbülfəz Paşazadə 91 gün həbsə məhkum edilib

Yanvar 31, 2023
1 dəqiqədə oxunur
Əbülfəz Paşazadə 91 gün həbsə məhkum edilib

İranwire-ə çatan xəbərlərə görə 29 Dekabr 2022-də hakim Hüseyn Əziminin sədrliyi ilə keçirilən Həştrud İnqilab Məhkəməsinin hökmü ilə Həştrudda yaşayan Türk mədəni fəal Əbülfəz Paşazadə 91 gün həbs edilib.

Həştrud sakini, 1994 doğumlu Əbülfəz Paşazadə noyabrın 9-da çağırılıb və dərhal prokurorluğa təhvil verilib.

Yaxınlarının dediyinə görə, işin hakimi Hüseyn Əzimi onunla sərt və təhqiramiz tonda davranıb və cənab Paşazadəyə özünü müdafiə etməyə imkan verməyib və nəhayət, təzyiq altında oxumağa icazə vermədən kağıza imza atıb.

Eyni gün cənab Paşazadə Həştrud həbsxanasına köçürülüb və ertəsi gün müvəqqəti olaraq girov qarşılığında sərbəst buraxılıb.

Məhkəmə qərarında cənab Paşazadənin ittihamı “kiberməkanda İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti” sübut olaraq göstərilib.

Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb və bir çox fəala qarşı cinayət işi qaldırılaraq həbs və ölkədən çıxış qadağası hökmləri çıxarılıb.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranın Suriyaya daşıdığı yükə pilotsuz təyyarə hücumu; Yemək yoxsa silah?

Yanvar 30, 2023
1 dəqiqədə oxunur
İranın Suriyaya daşıdığı yükə pilotsuz təyyarə hücumu; Yemək yoxsa silah?