close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, 7 nəfər saxlanılıb

Fevral 1, 2023
1 dəqiqədə oxunur
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, 7 nəfər saxlanılıb

Dünən Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. AYNA APA-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var.

Azərbaycan mətbuatının yazdığına görə, bu 7 nəfər İslam Respublikasına dəstək verən yerli media olan “Salam News” saytında və “İnterAz” kanalında işləyirmiş.

İnteraz TV 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiyanın Vergilər Nazirliyində qeydiyyatdan keçib. Bu TV-nın ofisi öncə Moskvada olub, sonra Türkiyəyə yerləşib və Türksat peykində yayımlanır.

SalamNews 2010-cu ildə İnteraz TV-nin sahibi tərəfindən təsis edilib və onun əsas ofisi Bakıda yerləşir.

DİN əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

Bu 7 nəfərin həbsi İslam Respublikası ilə Azərbaycan Respublikası arasında bu ölkənin Tehrandakı səfirliyinə silahlı hücumdan sonra getdikcə gərginləşən münasibətlərdə son hadisədir.

Dünən Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana səfərləri barədə bəyanat yayıb və İranda olan şəxslərdən son dərəcə diqqətli olmalarını istəyib.

Şərhlər

Xəbərlər

Ailəsini yerləşdirmək üçün çadır istəyən Zəlzələ qurbanlarından biri məmurlar tərəfindən döyülüb

Yanvar 31, 2023
1 dəqiqədə oxunur
Ailəsini yerləşdirmək üçün çadır istəyən Zəlzələ qurbanlarından biri məmurlar tərəfindən döyülüb