Tehranda Azərbaycan səfirliyinə silahlı hücumdan sonra İran və Azərbaycan arasında yaranan gərginliyin davamında Azərbaycanın Daxili İşlər Nazirliyi İranın bu ölkədəki casusluq şəbəkəsi ilə bağlı 39 nəfəri həbs etdiyini açıqlayıb.
Azərbaycan Respublikasının “Apa” xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb: “Həmin şəxslər dini etiqad adı altında dağıdıcı və təxribatçı əməllər törətmiş, xüsusi təyinatlı qüvvələr tərəfindən keçirilən əməliyyatda müəyyən edilərək yaxalanmışlar."
APA-nın xəbərinə görə, “Özlərini dindar kimi təqdim edən bu şəxslər sosial şəbəkələrdə İranın xeyrinə təbliğat aparıb, ölkəmizdə dini etiqad azadlığından sui-istifadə ediblər”.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəyanatında deyilir: “Bu casuslar insanlar arasında ayrı-seçkilik və məzhəb qarşıdurması yaratmaq məqsədi ilə Azərbaycan vətəndaşlarının dini mərasimlərində iştirak edərək sosial şəbəkələrdə fəallıq göstərmişlər və bu yolla cəmiyyətdə xaos yaratdılar”.
Bu hesabatda məhbuslardan yalnız birinin kimliyi açıqlanıb. Həbs olunanlardan biri də “Hacı Mətləb” kimi tanınan “Mətləb Bağırov”dur. O, hər ikisi İslam Respublikası tərəfdarı olan “İnteraz” və “Salam News” televiziyalarının sahibidir.
Bu arada İslam Respublikası səfirliyə edilən hücumu ailə münaqişəsi zəminində qeyri-terrorçu kimi göstərməyə çalışır. Bununla bağlı hökumət sözçüsü Əli Bəhadori Cəhromi çərşənbə günü bildirib ki, Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı məhkəmə tədbirləri görülüb və hücum edənin motivasiyasının şəxsi və ailə məsələsi olub.
Şərhlər