close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İslam Respublikası zəlzələdən zərər çəkənlərə yardım göndərməsinin qarşısını alır

Fevral 3, 2023
1 dəqiqədə oxunur
با وجود گذشت چند روز از زلزله خوی واقع در آذربایجان غربی و شرایط وخیم زلزله‌زدگان در این شهر با وجود سرما و بارش برف، جمهوری اسلامی از دریافت کمک‌های بشردوستانه بین‌المللی خودداری می‌کند
با وجود گذشت چند روز از زلزله خوی واقع در آذربایجان غربی و شرایط وخیم زلزله‌زدگان در این شهر با وجود سرما و بارش برف، جمهوری اسلامی از دریافت کمک‌های بشردوستانه بین‌المللی خودداری می‌کند

Xoy zəlzələsindən və bu şəhərdə zəlzələdən zərərçəkənlərin vəziyyətinin ağır olmasından bir neçə gün keçməsinə baxmayaraq, soyuğa və qar yağmasına baxmayaraq İslam Respublikası beynəlxalq insani yardımların qarşısını alır və Türkiyənin insani yardımından imtina etdikdən sonra bu dəfə Azərbaycan Respublikasının Xoy zəlzələsindən zərər çəkənlərə təklif etdiyi yardım da İslam Respublikası tərəfindən rədd edilib.

Dünən, cümə axşamı, 1 Fevral Türkiyənin Anadolu xəbər agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra İran və Azərbaycan münasibətlərində son gərginliyə baxmayaraq, Azərbaycan hakimiyyəti Xoyda zəlzələdən zərərçəkənlərə yardım göndərməyi təklif edib Ancaq bu təklif İslam Respublikası tərəfindən rəd edilib.

Azərbaycanın dövlət xəbər agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, İslam Respublikası zəlzələdən zərər çəkənlərə İnsani yardım göndərilməsinə icazə vermir. Bu xəbər agentliyi yazıb ki, Azərbaycan hər növ insani yardım göndərilməyə hazırdır, lakin İslam Respublikası buna mane olur”.

İslam Respublikası hətta insanların zəlzələdən zərər çəkənlərə müstəqil şəkildə yardım göndərməsinə icazə vermir. 1 Fevral Xoy zəlzələsindən zərərçəkənlər üçün dövlət yardımı toplamaq üçün müvafiq təşkilatların koordinasiyası və icazəsi olmadığı üçün ədliyyə hətta İran milli futbol komandasının keçmiş oyunçusu Kərim Baqirinin bank hesabını bağlayıb.

Ədliyyəyə bağlı Mizan xəbər agentliyi bu xəbəri açıqlayarkən vurğuladı ki, “Heç bir fiziki və ya hüquqi şəxsə ictimai ianələri reklam etmək və toplamaq qadağandır”.

Mənzil Fondu rəisinin sözlərinə görə, indiyədək Xoy zəlzələsi zamanı şəhərdə 9250 ev zədələnib, onlardan 1750 yaşayış məntəqəsi tamamilə dağılıb.

Son bir neçə gündə İran xəbər agentlikləri zəlzələdən zərər çəkmiş bölgədə çadır, yorğan, istilik cihazları, su və qida çatışmazlığı ilə bağlı çoxlu xəbərlər dərc edib. Eyni zamanda, Xoy şəhərinə güclü qar yağıb və hava hesabatına görə, bu şəhərdə havanın temperaturu mənfi üç dərəcədən mənfi 8 dərəcəyə enib.

Şərhlər

Xəbərlər

Azərbaycanda İran casus şəbəkəsinə qarşı əməliyyatda 39 nəfər tutuldu

Fevral 2, 2023
1 dəqiqədə oxunur
Azərbaycanda İran casus şəbəkəsinə qarşı əməliyyatda 39 nəfər tutuldu