close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Moləvi Əbdülhəmidin tənqidi xütbələrindən sonra Zahidanda ümumi etirazları davam edir

Fevral 3, 2023
1 dəqiqədə oxunur
امروز جمعه ۱۴بهمن ماه، در ادامه روال هر جمعه در زاهدان، مولوی عبدالحمید، امام جمعه اهل سنت، در خطبه‌های نماز جمعه زاهدان تاکید کرده که: «فشار آوردن به زندانی حرام است» و گفته است:«زندانی را نباید تحقیر و اذیت کرد. باید به هر انسانی احترام گذاشت. همه انسان‌ها کرامت دارند. این کارها را دین نمی‌گوید.»
امروز جمعه ۱۴بهمن ماه، در ادامه روال هر جمعه در زاهدان، مولوی عبدالحمید، امام جمعه اهل سنت، در خطبه‌های نماز جمعه زاهدان تاکید کرده که: «فشار آوردن به زندانی حرام است» و گفته است:«زندانی را نباید تحقیر و اذیت کرد. باید به هر انسانی احترام گذاشت. همه انسان‌ها کرامت دارند. این کارها را دین نمی‌گوید.»

Bu gün 3 Fevral 2023 Cümə günü Zahidanda hər Cümə olduğu kimi etirazçılar Zahidan cümə imamı Moləvi Əbdülhəmidin tənqidi xütbələrindən sonra küçələrə çıxaraq şüarlar səsləndiriblər.

Moləvi Əbdülhəmid Zahidanda Cümə namazı xütbələrində vurğuladı: “Məhbusa təzyiq etmək haramdır. Məhbusu alçaltmaq, təhqir etmək olmaz. Hər bir insana hörmət edilməlidir. Bütün insanların ləyaqəti var. Din bunları demir”.

Moləvi Əbdülhəmid ayrıca dedi: “Məhkum təhqir edilməməlidir. Məcburi etiraf məhbusun hüququnun pozulmasıdır. Bu, İslamın və dinin dediyi bir şey deyil”.

İslam Respublikasının tənqidçilərlə davranış təcrübəsini tənqid edən cənab Əbdülhəmid dedi: “Tənqidçiləri həbs etməyin. Tənqid ölkənin dərmanıdır. Ən böyük problem tənqid qapılarının bağlı olmasıdır. Yazıçılar, jurnalistlər öz problemlərini ifadə etməkdə sərbəst olmalıdırlar.”

Zahidanın Sünni Cümə imamı ayrıca deyib: "Xalq hökuməti istəmirsə, (hökumətin) dəyəri yoxdur. Hökumətin dəyəri xalqa xidmət etmək və məzlumun haqqını almaqdır".

Cənab Əbdülhəmid ötən həftə Zahidanda “Qanlı Cümə”nin 300 yaralısı ilə keçirdiyi görüşünə toxunaraq dedi: “Bəzilərinin gözü yoxdur, ayaqları kəsilib. Onurğa beyni qırılıb. Bu hərəkətləri törədənlər mühakimə olunmalıdır”.

Cümə namazından sonra çoxlu Zahidan əhalisi küçəyə çıxıb və İslam Respublikası hökuməti, Rəhbər, İnqilab Keşikçiləri və Bəsic əleyhinə şüarlar səsləndiriblər. Bu etirazlar hökumətin sərt repressiyalarına və Zahidanda ciddi təhlükəsizlik mühitinə baxmayaraq hələ də davam edir.

İlkin məlumata görə, etirazçılar “Bu illər ərzində edam cinayəti bu əyalətdə”, “Xameneiyə ölüm” və “Təcavuz cinayət ölüm olsun bu vilayətə” kimi şüarlar səsləndiriblər.

Şərhlər

Xəbərlər

İslam Respublikası zəlzələdən zərər çəkənlərə yardım göndərməsinin qarşısını alır

Fevral 3, 2023
1 dəqiqədə oxunur
İslam Respublikası zəlzələdən zərər çəkənlərə yardım göndərməsinin qarşısını alır