close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ümumi etirazlar; Zabul Universitetinin 16 öyrəncisi ixrac və təhsildən məhrumiyyət ilə üzləşib

Fevral 6, 2023
1 dəqiqədə oxunur
Ümumi etirazlar; Zabul Universitetinin 16 öyrəncisi ixrac və təhsildən məhrumiyyət ilə üzləşib

İranda öyrənci etirazlarının geniş şəkildə yatırılmasından sonra Zabul Universitetinin 16 öyrəncisi qovulma, təhsili dayandırma və ixrac etmə hökmü ilə üzləşib.

Halvəş xəbər saytının yaydığı xəbərə görə, dünən 5 Fevralda Zabul Universitetinin ən azı 16 öyrəncisinin qovulması və təhsildən uzaqlaşdırılması ilə bağlı yekun hökmü bu universitetin nizam-intizam komitəsi verib.

Halvəşin xəbərinə görə, Müjdə Səadəti, Sara Cəhantiğ və Şəhab Kəmali adlı üç öyrənci universitetdən ixrac edilib.

Bu universitetin nizam-intizam komitəsi kənd təsərrüfatı mühəndisliyi bölümünün 8-ci semestrində təhsil alan Siyavuş Fətahi də sosial rifahdan məhrum etməklə yanaşı, iki semestr təhsildən də məhrum edib.

Halvəş yazıb ki, bundan əlavə, Zabul Universitetinin ən azı 12 başqa öyrəncisinin təhsili dayandırılıb və məhrum edilib.

Bu ağır cəzalar Yanvarın 10-da universitetin öyrənciləri qarışıq şəkildə yemək yemə çağrışından sonra ki öyrəncilər 17 Yanvarda qız-oğlan qarışıq olaraq yemək üçün bu çağrışı gərçəkləşdirmək istəmişdilər.

Bu çağırışdan bir gün sonra bir çox öyrənci hicabsız, sərbəst tribuna istəmək, şüar yazmaq, etiraz aksiyaları təşkil etmək və s. adı ilə mühafizə orqanları tərəfindən intizam komitəsinə çağırılıb.

Sözügedən hökmlər “Xalqi” Universiteti mühafizəsi, “Əfrasiyab” universitetin prezidenti, “Mehrane” rəhbərlik orqanının rəisi, “Fərəciyan Məşhədi” rəhbərlik orqanının müavini və öyrənci işləri rəisi və kəşfiyyat qüvvələrindən olan şəxslər tərəfindən çıxarılıb.

 

Şərhlər

Xəbərlər

Xoyda zəlzələdən zərərçəkən ana və qız çadırda ölüb

Fevral 5, 2023
1 dəqiqədə oxunur
Xoyda zəlzələdən zərərçəkən ana və qız çadırda ölüb