close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Xoyda zəlzələ qurbanlarının çadırlarında yenidən yanğın olub

Fevral 7, 2023
1 dəqiqədə oxunur
Xoyda zəlzələ qurbanlarının çadırlarında yenidən yanğın olub

Xoy şəhərinin fərmandarı bildirib ki, Vəliəsr bölgəsində zəlzələ qurbanlarının düşərgəsində yanğın baş verib və oradakı iki çadır yanıb, xilasetmə qüvvələrinin yardımı ilə yanğının qarşısı alınıb.

Alınan bilgilərə görə bu hadisə zamanı 4 xilasedici yaralanıb.

Bazar günü, 5 Fevral 2023-cü il, günorta saatlarında xoy şəhərindəki vəliəsr bölgəsində iki acıl durum yaşayış çadırı yanmışdı və bü hadisədə itki yox idi.

Ayrıca şənbə günü hökumət xəbər orqanları xoy şəhərinin Firurəq şəhərində baş verəmiş zəlzələ sonucunda 80 yaşlı ana və 55 yaşlı oğlunun çadırın içərisində kömürdən istifadə sonucunda kömür qazından boğularaq öldüyünü bildirildi.

Xoy zəlzələsində 3 nəfər ölüb, minə yaxın insan yaralanıb. Batı Azərbaycan əyalətində bu şəhərin minlərlə sakini öz evlərindən didərgin düşüb və son günlər dərc olunan şəkillər onların yardım vəziyyətindən narazılığını göstərir.

Zəlzələdən sonra ilk gün sosial şəbəkələrdə İran hökumətinin yardım almaq üçün toplaşan zəlzələ qurbanlarına su şırnaqlarından və iğtişaşlara qarşı qüvvələrdən istifadə etdiyini göstərən şəkillər və videolar dərc edilib.

 

Şərhlər

Xəbərlər

Ümumi etirazlar; Zabul Universitetinin 16 öyrəncisi ixrac və təhsildən məhrumiyyət ilə üzləşib

Fevral 6, 2023
1 dəqiqədə oxunur
Ümumi etirazlar; Zabul Universitetinin 16 öyrəncisi ixrac və təhsildən məhrumiyyət ilə üzləşib