close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İbrahim Əhmədpur Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Mart 3, 2023
1 dəqiqədə oxunur
İbrahim Əhmədpur Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

İranwire-in əldə etdiyi bilgilərə görə, Azərbaycanlı mədəni fəal və Təbriz Universitetinin siyasi elmlər üzrə magistr öyrəncisi İbrahim Əhmədpur məhkəməyə qədər Təbrizin Mərkəzi Həbsxanasından qirov qarşılığında sərbəst buraxılıb.

Bu vaxta kimi xəbərin təfərrüatları və bu Azərbaycanlı öyrəncinin ittihamı ilə bağlı ətraflı məlumat yoxdur.

İbrahim Əhmədpur 27 Fevral 2023-də Doğu Azərbaycan Kəşfiyyat və Təhlükəsizlik Polisinə çağırıldıqdan sonra həbs edilmişdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı terror aktı ilə bağlı Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin səhifəsində yazı dərc edildikdən sonra təhlükəsizlik qüvvələri Təbriz Universitetinin öyrənci fəallarına təzyiqlər edərək bu mərkəzin fəaliyyətini dayandırıblar.

2019-cu ildə Təbriz Universiteti tələbələrinin yanacağın qiymətinin artırılmasına etirazından sonra Əhmədpur intizam komitəsinə çağırılıb və bir semestrlik fəaliyyəti dayandırılmışdı. Ancaq bu hökm bir müddət sonra ləğv edilmişdi.

Şərhlər

Xəbərlər

Britaniya Hərbi Dəniz Qüvvələri raket yükü ilə İran gəmisini ələ keçirib

Mart 2, 2023
1 dəqiqədə oxunur
Britaniya Hərbi Dəniz Qüvvələri raket yükü ilə İran gəmisini ələ keçirib