close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Təbriz və Ərdəbildə zəhərlənən öyrəncilərin yaxınlarının etiraz aksiyasında bəzi etirazçılar həbs edilib

Mart 6, 2023
1 dəqiqədə oxunur
Təbriz və Ərdəbildə zəhərlənən öyrəncilərin yaxınlarının etiraz aksiyasında bəzi etirazçılar həbs edilib

İranwire-in əldə eydiyi bilgilərə görə, 5 Mart 2023, şənbə günü Təbriz və Ərdəbil şəhərlərində məktəb öyrəncilərinin bəzi qohumlarının toplanması sonrası Azərbaycanlı mədəni fəal Pejman Moinin də daxil olduğu bir sıra etirazçı həbs edilib.

Təbriz şəhərində öyrəncilərin yaxınları Sina xəstəxanasının qarşısına toplaşaraq övladlarının vəziyyəti ilə maraqlanıblar.

Ərdəbildə də öyrəncilərin qohumlarının Ərdəbil əyaləti və təhsili idarəsi və valiliyi qarşısına toplaşdığı barədə də xəbərlər var.

Sözügedən yerlərdə təhlükəsizlik əməkdaşlarının olması diqqət çəkirdi. Xüsusilə də Ərdəbil şəhərinin təhsil və valiliyi qarşısında təhlükəsizlik qüvvələri etirazçıları dağıtmağa çalışıb.İştirakçılardan bəzilərinin həbs olunduğu barədə xəbərlər var. Onların vəziyyəti ilə bağlı ətraflı məlumat yoxdur.

Tələbələrin zəhərlənməsi Qum şəhərində 30 Noyabr 2022-ci il çərşənbə günü başlayıb və həmin gün Nur Akademiyasının 18 qız tələbəsi zəhərlənib və bundan sonra İranın başqa şəhərlərindən, o cümlədən Urmiyə, Tehran, İsfahan, Yəzd, Xuzistandan xəbərlər yayımlanıb.

Bir neçə gündür də bu zəhərlənmə məsələsi şiddətlənib və Azərbaycana çatıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İbrahim Əhmədpur Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Mart 3, 2023
1 dəqiqədə oxunur
İbrahim Əhmədpur Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb