close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Altı Ərəb siyasi məhbus edam cəzasına məhkum edildi

Mart 7, 2023
1 dəqiqədə oxunur
Altı Ərəb siyasi məhbus edam cəzasına məhkum edildi

İslam Respublikasının məhkəmə sistemi altı Əərəb siyasi məhbusun edam hökmünü təsdiqləyib və onları “Əlnizal Hərəkatı”na üzv olmaqda və “Xuzistan əyalətində silahlı əməliyyatlarda” iştirakda ittiham edib.

İslam Respublikasının məhkəmə sisteminə bağlı Mizan xəbər agentliyi 6 Mart bazar ertəsi günü edam cəzasına məhkum edilənlərin adlarını Əli Mojdəm, Məhəmməd Riza Müqəddəm, Moin Xənfəri, Həbib Deris, Ədnan Qubeyşavi və Salem Musəvi olaraq açıqlayıb.

Mizanın xəbərinə görə, Əhvaz İnqilab Məhkəməsi 2018 və 2019-cu illərdə Əhvaz və ətraf şəhərlərdə Kəşfiyyat İdarəsi tərəfindən həbs edilən bu şəxsləri “Əlnizal Hərəkatı” qruplaşmasına üzv olmaq və “iki Bəsicinin və bir polis əməkdaşı və bir Əsgəri" öldürmüklə ittiham edilərək edam cəzasına məhkum ediliblər.

“Əlnizal Hərəkatı” İranın Ərəb azlığının hüquqlarını müdafiə etdiyini iddia edən bir təşkilatdır, lakin İran İslam Respublikası onu “terrorçu” qrup kimi qələmə verir.

Mizan Xəbər Agentliyi 2019-cu ilin sentyabrında Əhvazda silahlı qüvvələrin paradına hücumu məhz bu şəxslərlə əlaqələndirib.

Mizan əlavə edib ki, bu hökm “qəti deyil” və “Ali Məhkəməyə şikayət edilə bilər”.

Bundan öncə “İran həbsxanalarının ətləsi” hesabatında bu 6 siyasi məhbusun işgəncə və ədalətsiz mühakimə prosesi barədə məlumat vermişdi.

İran Həbsxanalarının Ətləsi məlumatlı mənbəyə istinadən xəbər verir ki, dindiricilər edam cəzasına məhkum edilmiş 6 məhbusdan biri olan Əli Mocdəmə həyat yoldaşı və uşağının gözü qarşısında işgəncə verib və məcburi etiraf almaq üçün onu 6 aydan çox təkadamlıq kamerada saxlayıblar.

Bu il 20 Fevralda İslam Respublikasının məhkəmə sistemi Əhvazda “rejimə müxalif qrupların” üzvü olmaq ittihamı ilə daha bir Ərəb siyasi məhbus Həsən Əbiyat edam edib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Təbriz və Ərdəbildə zəhərlənən öyrəncilərin yaxınlarının etiraz aksiyasında bəzi etirazçılar həbs edilib

Mart 6, 2023
1 dəqiqədə oxunur
Təbriz və Ərdəbildə zəhərlənən öyrəncilərin yaxınlarının etiraz aksiyasında bəzi etirazçılar həbs edilib