close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Urmiyə Qeydiyyat İdarəsi Tura adına kimlik vəsiqəsi verib

Mart 10, 2023
1 dəqiqədə oxunur
Urmiyə Qeydiyyat İdarəsi Tura adına kimlik vəsiqəsi verib

İranwire-in əldə etdiyi bilgilərə görə, 10 aydan sonra Urmiyə Qeydiyyat İdarəsi ailənin dirənməsi sonrası nəhayət Türkcə ad olan “Tura” üçün kimlik vəsiqəsi verib

Azərbaycan Vəkillər Birliyinin müavini Sina Yusifi öz Twitter hesabında yazıb: Tura 10 aydan sonra kimlik vəsiqəsi ala bilib. Azərbaycan xalqı övladına ad qoymaq üçün hələ də məhkəmənin ağır yolunu seçməlidir.

Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə 2020-ci ildə Ərdəbilli uşaq "Ayıl" üçün kimlik vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması "Ayıl Kampaniyasının" başlanğıc nöqtəsi idi. Bu kampaniyada Ayılın valideynlərinin bu uşaq üçün kimlik vəsiqəsi alamadıqları etirazına əlavə, oxşar bir maneə yaşayan başqa Azərbaycanlı ailələr də yaşadıqları təcrübələri sosial şəbəkələrdə dərc etməyə başladılar. Bununla yanaşı iranlı bəluç, kürd və ərəb ailələri də sosial mediada paylaşım edərək uşaqları üçün doğum şəhadətnaməsi alarkən qarşılaşdıqları eyni maneələri tənqid etmişdilər.

İranın Vətəndaşlıq Qeydiyyatı Təşkilatı təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.

Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranlı qadın və kanadalı nişanlısı il yarımdır İranda həbsdədirlər

Mart 9, 2023
1 dəqiqədə oxunur
İranlı qadın və kanadalı nişanlısı il yarımdır İranda həbsdədirlər