close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranın Rusiyadan “Suxoy Su-35” təyyarələrin alınmasına dair müqavilə yekunlaşıb

Mart 10, 2023
1 dəqiqədə oxunur
İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəliyi İranın Rusiyadan “Suxoy Su-35” təyyarəsinin alınması ilə bağlı müqaviləni yekunlaşdırdığını açıqlayıb.
İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəliyi İranın Rusiyadan “Suxoy Su-35” təyyarəsinin alınması ilə bağlı müqaviləni yekunlaşdırdığını açıqlayıb.

İran İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəliyi İranın Rusiyadan Suxoy Su-35 təyyarələrinin alınması ilə bağlı müqaviləni yekunlaşdırdığını, lakin bu təyyarələrin sayı və Rusiyadan çatdırılma müddətinin təfərrüatlarının məxfi və açıqlana bilməz olduğunu deyib.

İslam Respublikasının daimi nümayəndəsi elan edib: 1988-ci ildə İran-İraq müharibəsi başa çatdıqdan sonra İran bir sıra ölkələrdən İrana döyüş təyyarələri satmaq imkanını nəzərdən keçirməyi xahiş etdi və Rusiya onları satmağa hazır olduğunu bildirdi”.

Bu Nümayəndəlik əlavə edib: “Suxoy Su-35 qırıcıları texniki baxımdan İran üçün məqbuldur, ona görə də 2020-ci ilin oktyabrından və İranın adi silahların alınmasına dair məhdudiyyətlərini aradan qaldırdıqdan sonra (BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən) İran, nəhayət, onları almağa razılıq verdi”.

Eyni zamanda İslam Respublikasının daimi nümayəndəsi vurğulayıb ki: “Bu məlumat məxfi olduğu üçün təfərrüatlar açıqlanmır”.

İslam Respublikasının Rusiya ilə əməkdaşlığı bu ölkənin Ukraynaya təcavüzü başlayandan bəri artıb. Son aylarda bu silah əməkdaşlığına görə İrana beynəlxalq təzyiqlər artıb. Bu il yanvarın 4-də İsrail mediası Batı kəşfiyyat rəsmilərinə istinadən xəbər verib ki, Rusiya yaxın vaxtlarda İrana Suxoy Su-35 qırıcı təyyarələri verməyə hazırlaşır.

İsrailin 12 telekanalının xəbərinə görə, İran və Rusiya arasındakı razılaşmada Rusiyanın Misirə ilkin olaraq satmalı olduğu 24 qırıcı təyyarənin tədarükü nəzərdə tutula bilərdi, lakin ABŞ bu satışın qarşısını aldı.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Urmiyə Qeydiyyat İdarəsi Tura adına kimlik vəsiqəsi verib

Mart 10, 2023
1 dəqiqədə oxunur
Urmiyə Qeydiyyat İdarəsi Tura adına kimlik vəsiqəsi verib