close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Bir araşdırmanın nəticələri: İranda hər 14 saatda bir nəfər edam edilir

Mart 14, 2023
1 dəqiqədə oxunur
در سال ۲۰۲۳ در «هر ۱۴ ساعت یک نفر در ایران اعدام» شده است.
در سال ۲۰۲۳ در «هر ۱۴ ساعت یک نفر در ایران اعدام» شده است.

"İranın Açıq Məlumat Bazası" araşdırma mərkəzi 13 mart 2023-cü il bazar ertəsi dərc etdiyi hesabatda İran İslam Respublikası tərəfindən bu ilin qışının başlarından bəri orta göstərici ilə müqayisədə edamların keçən 15 ilə görə "yüzdə 24" artdığını və 2023-cü ildə "hər 14 saatda bir nəfərin edam edildiyini" açıqlayıb.

Bu hesabatda “İslam Respublikasında 2008-2022-ci illər arasında edamların orta nisbəti” hər 17 saatda bir edam olduğunu bildirirdi. “Bu ilin ilk 65 günündə İranda 113 nəfər edam edilib və bu, son 8 ildə ən yüksək edam göstəricisidir”.

Bu hesabatda dərc olunan qrafiklər göstərir ki, ən çox edamlar müvafiq olaraq Tehran, Əlborz, Batı Azərbaycan, Rəzəvi Xorasan və Sistan-Bəluçistanda olub.

İnsan haqları təşkilatları, o cümlədən Amnesty International bildirir ki, İran edam statistikasına görə Çindən sonra dünyada ikinci ölkədir.

İran İnsan Haqları Təşkilatı ayrıca 2023-cü ildə edamların sayını 137 nəfər olaraq açıqlayıb ki, bu da bu araşdırmada açıqlanan edamların sayından çoxdur.

İran "qətl", "narkotik", "silahlı soyğunçuluq" kimi cinayətlərə görə adi məhbuslara, ayrıca bəzi siyasi məhbuslara "müharibə", "yer üzündə fəsad" kimi ittihamlarla hələ də edam hökmü verən azsaylı ölkələrdən biridir.

Ötən illərdə İran hökumətinin təhlükəsizlik qurumları bir sıra siyasi fəalları və İslam Respublikasının əleyhdarlarını, o cümlədən “Ruhullah Zəm”, “Cəmşid Şarmehed”, “Həbib Osivəd”i qonşu ölkələrdən oğurlayaraq, İrana götürüblər.

İran-İsveç ikili vətəndaşı Həbib Osivəd və İran-Almaniya ikili vətəndaşı Cəmşid Şarməhedin edam hökmləri son günlər ədliyyə tərəfindən açıqlanıb.

Ayrıca, İslam Respublikasının məhkəmə orqanları tələsik mühakimələrin ardınca 2022-2023-cü il ümumi etiraz aksiyalarında məhbuslardan dördünü edam edib və ədalətsiz prosesdə mühakimə olunan altı ərəb məhbus da daxil olmaqla, onlarla siyasi məhbus hələ də edam riski ilə üz-üzədir.

 

 

 

Şərhlər

Cəmiyyət & Mədəniyyət

İran Qeydiyyat İdarəsi El Ana-ya kimlik vəsiqəsi verməyə məcbur edilib

Mart 13, 2023
1 dəqiqədə oxunur
İran Qeydiyyat İdarəsi El Ana-ya kimlik vəsiqəsi verməyə məcbur edilib