close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Zeynəb Həmrəng Seyidbəyli Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib

Mart 15, 2023
1 dəqiqədə oxunur
Zeynəb Həmrəng Seyidbəyli Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib

Azərbaycanlı müəllimlər birliyi fəalı Zeynəb Həmrəng Seyidbəyli 11 Mart 2023-də evdən çıxdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu vaxta kimi bu müəllimlər birliyi fəalının həbsinin səbəbləri, ittihamı və köçürülmə yeri barədə ətraflı məlumat yoxdur.

Yüksək qan təzyiqi, böyrək problemləri və göz qapağı kimi müxtəlif əsas xəstəliklərdən əziyyət çəkən Zeynəb xanım “ümumi əfvlərdən” sonra Evin həbsxanasından sərbəst buraxılmışdı.

Təxminən 50 yaşlı Zeynəb Həmrəng Seyidbəyli Tehranda yaşayır və Ərdəbil əyalətinin Moğan “Parsabad” əhalisindəndir. O, təqaüddə olan müəllim və müəllimlər birliyi fəalıdır. Tehran İnqilab Məhkəməsi onu “ölkənin təhlükəsizliyini pozmaq üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat” ittihamı ilə isə bir il həbs cəzasına məhkum etmişdi. Xanım Həmrəng 5 sentyabr 2020-də Batı Azərbaycan əyalətinin Xoy şəhərinə gedərkən həbs edilmiş və cəzasını çəkmək üçün Evin həbsxanasının qadınlar şöbəsinə köçürülmüşdür.

Şərhlər

Xəbərlər

Bir araşdırmanın nəticələri: İranda hər 14 saatda bir nəfər edam edilir

Mart 14, 2023
1 dəqiqədə oxunur
Bir araşdırmanın nəticələri: İranda hər 14 saatda bir nəfər edam edilir