close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İslam Respublikasının təhdidlərinə qarşı mübarizə üzrə İsrail və Almaniya arasında məsləhətləşmə olub

Mart 17, 2023
1 dəqiqədə oxunur
İslam Respublikasının təhdidlərinə qarşı mübarizə üzrə İsrail və Almaniya arasında məsləhətləşmə olub

İsrailin yeni hökumətinin İranın təhdidləri ilə mübarizə aparmaq üçün bəzi ölkələrlə məsləhətləşmələrindən sonra, martın 16-da İsrailin baş naziri Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşüb və İranın atom bombası əldə etməsinin qarşısının alınması məsələsini müzakirə edib.

Almaniya kansleri Olaf Şults Berlində Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib: “İranın nüvə proqramı ətrafında münaqişə həll edilməli və İsrail İslam Respublikası tərəfindən təhdid edilməməlidir. Cənab Şults əlavə edib ki, İran real təhlükədir və bu səbəbdən Almaniya və digərləri İranın nüvə bombası əldə etməsinə mane olmağa çalışırlar.

Benyamin Netanyahu da bu mətbuat konfransında deyib: İsrail İran rejiminin planlarına qarşı özünü müdafiə etmək üçün heç bir tədbirdən yayınmayacaq və terrorçuları göndərənlər bunun əvəzini ağır ödəyəcəklər.

Cənab Netanyahu ayrıca bunu bəyan edib ki.İsrail lazım gələrsə, İranın nüvə obyektlərinə hücumdan çəkiməyəcək.

Ötən həftələr ərzində Fordo nüvə sahəsində yüzdə 84 uran izlərinin tapılması İranın nüvə proqramı ilə bağlı narahatlıqları artırıb. Uran konsentrasiyasının bu səviyyəsi atom bombası üçün tələb olunan yüzdə 90 zənginləşdirmədən bir qədər fərqlidir və İranın nüvədən qaçma müddətini xeyli azaldacaq.

Şərhlər

Xəbərlər

Rusiya, Çin və İran Oman dənizində birgə hərbi dəniz təlimi keçirəcəklər

Mart 16, 2023
1 dəqiqədə oxunur
Rusiya, Çin və İran Oman dənizində birgə hərbi dəniz təlimi keçirəcəklər