close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranın Vyanadakı səfirliyinin qarşısındakı “Qadın, Həyat, Azadlıq” lövhəsinin sökülməsi

May 29, 2023
1 dəqiqədə oxunur
Avstriya mətbuatında dərc olunan xəbərə görə, bu ölkənin “Yaşıllar Partiyası”nın çabaları və Vyana Bələdiyyəsi icazəsi ilə İslam Respublikasının Vyana səfirliyi qarşısında daimi olaraq quraşdırılan “Qadın, Həyat, Azadlıq” lövhəsi, naməlum şəxslər tərəfindən sökülüb.

“ORF” televiziya kanalı öz internet səhifəsində İran İslam Respublikası səfirliyinin qarşısında bu lövhənin qanunsuz sökülməsi barədə məlumat yayıb: “lövhə öncə yoxa çıxıb, lakin sonra Konstitusiyanın Müdafiəsi üzrə Dövlət Xidmətinin əməkdaşı tərəfindən Avstriya Yaşıllar Partiyasının nümayəndəsinə təhvil verilib”.

Bu xəbərin dərcindən sonra Avstriyanın Yaşıllar Partiyasının rəhbəri Ziqqi Mays öz Twitter hesabında yazıb: “Konstitusiyanın Müdafiəsi Bürosu [Avstriyada] demokratiyanı qorumalıdır. Amma Vyanada bunun əksini etdi və İran səfirliyini İrandakı repressiyalara qarşı qanuni etiraz işarəmizi götürməyə təşviq etdi”.

 Xanım Mayer bu hadisəni Avstriya üçün “siyasi demokratik qalmaqal” adlandırıb.

Ötən həftələrdə İran İslam Respublikası səfirliyi və Vyana İslam Mərkəzinin əməkdaşları İranda repressiyalara etiraz edən bəzi iranlı etirazçılara hücum edərək onları Vyana küçələrində döyüblər. Ötən aylarda Vyana İslam Mərkəzinin bağlanması ilə bağlı bələdiyyədən, hökumətdən və Avstriya parlamentindən dəfələrlə müraciətlər edilib və cavabsız qalıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ruhullah Əhmədinejad və Həmzə Vəlizadə saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıblar

May 26, 2023
Ruhullah Əhmədinejad və Həmzə Vəlizadə saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıblar