close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ukraynanın İrana qarşı əlli illik sanksiyalar planı

May 29, 2023
1 dəqiqədə oxunur
Ukraynanın İrana qarşı əlli illik sanksiyalar planı

Ukrayna prezidenti Vladimir Zelenski bu ölkənin parlamentinə İrana 50 illik embarqo təklifi təqdim edib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak bazar günü bu xəbəri açıqlayıb və bildirib ki, bu sanksiya İranın bu ölkənin Ukraynaya qarşı müharibəsində Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlıdır.

Bazar günü Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Ukraynaya qarşı gecə hücumlarında istifadə edilən İran istehsalı olan 54 Şahid 136 pilotsuz təyyarəsindən 52-ni vura bildiyini açıqlayıb.

Cənab Zelenski video nitqində deyib: “Sadə sual budur: Rusiyanın hədə-qorxusuna (terroruna) şərik olmaqdan nə qazanırsınız?”

2022-ci ilin sentyabrında Ukrayna hökuməti Rusiyanın İrana məxsus pilotsuz təyyarələrdən istifadə etməsinə cavab olaraq İran İslam Respublikasının Kiyevdəki səfiri Mənuçöhr Moradinin etimadnaməsini ləğv edib və İran səfirliyində diplomatik işçilərin sayını məhdudlaşdıracağını bildirib.

Daha öncə Rusiyaya hər hansı pilotsuz təyyarə göndərdiyini təkzib edən İran hökuməti, sonradan etiraf etdi ki, Rusiya Ukraynanı hücum etməzdən öncə bu ölkəyə “bir sıra dronlar” verib.

Reuters xəbər agentliyi xəbər verib ki, bu sanksiya Ukrayna parlamenti tərəfindən təsdiq olunarsa, İran mallarının Ukrayna torpağından və havasından keçirilməsi qadağan olunacaq, eyni zamanda, İrana qarşı ticarət, maliyyə və texnoloji əlaqələrə qarşı sanksiyalar tətbiq olunacaq.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranın Vyanadakı səfirliyinin qarşısındakı “Qadın, Həyat, Azadlıq” lövhəsinin sökülməsi

May 29, 2023
1 dəqiqədə oxunur
İranın Vyanadakı səfirliyinin qarşısındakı “Qadın, Həyat, Azadlıq” lövhəsinin sökülməsi