close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Türkcə ad olduğu üçün 4 aydan çoxdur Volkan-a kimlik vəsiqəsi verilmir

May 29, 2023
1 dəqiqədə oxunur
Türkcə ad olduğu üçün 4 aydan çoxdur Volkan-a kimlik vəsiqəsi verilmir

Volkanın anadan olmasından dörd aydan çox vaxt keçməsinə baxmayaraq, Doğu Azərbaycan Əyalətinin Qeydiyyat İdarəsi ona kimlik vəsiqəsi verməkdən imtina edir.

İranwire-in əldə etdiyi bilgilərə görə “Volkan Azərmi Rad”ın atası Təbriz şəhərinin qeydiyyatı idarəsi tərəfindən maneəyə məruz qaldıqdan sonra məhkəməyə gedib. Təbriz Ümumi və Hüquq Məhkəməsinin 23-cü şöbəsi, 12 may tarixli sənəddə iddia etdi ki, "Volkan əcnəbi bir addır" və İrani, dini və İslam mədəniyyətinə heç bir aidiyyəti yoxdur və bu qanuna uyğun hesab edilmir.

Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə 2020-ci ildə Ərdəbilli uşaq "Ayıl" üçün kimlik vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması "Ayıl Kampaniyasının" başlanğıc nöqtəsi idi. Bu kampaniyada Ayılın valideynlərinin bu uşaq üçün kimlik vəsiqəsi alamadıqları etirazına əlavə, oxşar bir maneə yaşayan başqa Azərbaycanlı ailələr də yaşadıqları təcrübələri sosial şəbəkələrdə dərc etməyə başladılar. Bununla yanaşı iranlı bəluç, kürd və ərəb ailələri də sosial mediada paylaşım edərək uşaqları üçün doğum şəhadətnaməsi alarkən qarşılaşdıqları eyni maneələri tənqid etmişdilər.

Ən son halda, Təbrizli uşağa seçilən ada görə kimlik vəsiqəsi verməkdən dörd ilə yaxın imtina edən Təbriz Qeydiyyat İdarəsi nəhayət ictimai rəyin təzyiqi və uşağın ailəsinin qanuni axtarışı ilə “Ataxan”a kimlik vəsiqəsi vermişdi.

İranın Qeydiyyatı Təşkilatı təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.

Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ukraynanın İrana qarşı əlli illik sanksiyalar planı

May 29, 2023
1 dəqiqədə oxunur
Ukraynanın İrana qarşı əlli illik sanksiyalar planı