close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mədəni fəal Davud Şiri Təbriz Həbsxanasına köçürülüb

May 30, 2023
1 dəqiqədə oxunur
Mədəni fəal Davud Şiri Təbriz Həbsxanasına köçürülüb

18 Mayda saxlanılan Türk mədəni fəal Davud Şiri bu gün səhər saatlarında Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Davud Şiri mayın 18-də Təbrizdə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbrizdəki İnqilab Keşikçiləri kəşfiyyatının təcridxanasına köçürülüb.

Cənab Şiri ilə yanaşı, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə, Əliriza Səbri, Hüseyn Əmani 18 May və Məhəmməd Riza Əmani 21 Mayda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Həbs olunanların bəzi yaxınları və mədəni fəalların ötən illərdəki tarixinə nəzər saldıqda, təhlükəsizlik qurumlarının bu şəxslərin həbsinin 2006-ci il aksiyalarının ildönümü ilə bağlı olduğunu ehtimal edirlər.

2020-ci ilin İyul ayında Doğu Azərbaycan Əyalət Apellyasiya Məhkəməsinin Birinci Şöbəsi Davud Şiri və Əyub Şirini cəmi bir il həbs və cib telefonu xəttlərinin məhvi və cib telefonlarının müsadirə edilməsinə məhkum etdi. Şiri qardaşları Təbriz Prokurorluğunun Hökm İcra Şöbəsinə gütdikdən sonra 12 iyun 2021-ci ildə həbs olundular və cəzalarını çəkmək üçün bu şəhərin həbsxanasına köçürüldülər.

Şərhlər

Xəbərlər

Türkcə ad olduğu üçün 4 aydan çoxdur Volkan-a kimlik vəsiqəsi verilmir

May 29, 2023
1 dəqiqədə oxunur
Türkcə ad olduğu üçün 4 aydan çoxdur Volkan-a kimlik vəsiqəsi verilmir