Doğu Azərbaycan Təcili Yardım Mərkəzinin sözçüsü Sofyan-Mərənd oxunda qanlı yol qəzasının baş verdiyini açıqlayıb.
Vəhid Şadiniya bildirib: İlkin məlumata görə, Mərəndə doğru Sofyan tərəfindən gələn avtomobili ilə yük maşınının toqquşması nəticəsində yaşları 30-50 arasında olan 4 kişi hadisə yerində ölüb.
Doğu Azərbaycan yolları mərkəzdən sərhəddə olan tranziti yol olmasına baxmayaraq hökümət tərəfindən yetərli imkanlar bu yollar üçün sağlanmır ve hər il yüzlərcə insan bu əyalətin yollarındsa həyatını itirir.
Qəza nəticəsində yaşları 30-50 arasında olan 4 kişi hadisə yerində ölüb.
İran mediasının verdiyi məlumatlara görə son 10 ili içərisində İranda yol qəzalarında ölənlərin sayı 200 min nəfərə yaxındır ki bu rəqəm Doğu Azərbaycanda illik 1000 nəfərə yaxın bir rəqəmdir.
Şərhlər